
Tədqiqat: Facebook istifadəçilərinin yarısı botdur
Sosial Media
25.01.2019
Emil
Facebook-da qeydiyyatdan keçmiş saxta istifadəçi hesablarının sayı 50%-i keçir. Bu cür nəticə PlainSite şirkətinin hesabatında qeyd olunub. Bu barədə Rusbase saytı xəbər verib. Hesabatda qeyd edilib ki, Facebook-un özəl məlumatına əsasən sosial şəbəkənin aylıq aktiv istifadəçi kütləsi 2 milyard insandır.
“Biz güman edirik ki, Facebook-da vəziyyət investorların düşündüklərindən də pisdir. Facebook saxta istifadəçi hesabları problemi barəsində ictimaiyyətə yalan danışır. Biz düşünürük ki, sosial şəbəkədə saxta istifadəçi hesablarının sayı 50%-i keçir. Şirkət öz məhsulu üzərində idarəetməni itirib” – deyə PlainSite şirkəti bildirib. Hesabatın müəllifləri çoxlu sayda botların olmasının mənfi özəlliklərini təqdim ediblər.
- Müştərilər Facebook-da reklam alırlar və ümid edirlər ki, həmin reklam 2 milyard insana çatacaq. Lakin reallıqda həmin müştərilər sadəcə olaraq öz vəsaitlərini havaya atırlar.
- Saxta hesablar botları aşkar edən alqoritmi aldatmaq üçün reklama və ya bəyənmə düyməsinə klik etmək üzrə proqramlaşdırılıblar.
- Facebook-da olan saxta istifadəçi hesabları çox zaman reklam verənləri aldadır və əsl istifadəçiləri yanlış fikrə yönəldirlər. Bu isə öz növbəsində fake xəbərlərin və saxtakarlığın yayılmasında yardımçı olur.
Paylaş
Bənzər xəbərlər