
Telegram 1000-dən çox istifadəçisinin məlumatlarını ABŞ hökumətinə təqdim edib
Sosial Media
10.01.2025
Emil
Telegram-ın yaradıcısı Pavel Durov keçən ilin avcqust ayında Fransada hüquq-mühafizə orqanları tərəfindən həbs olunandan və daha sonra azadlığa buraxılandan sonra messencer aktiv şəkildə ABŞ hökuməti ilə əməkdaşlıq etməyə başlayıb. Forbes-un vermiş olduğu məlumata əsasən Telegram keçən il istifadəçilərin IP ünvanlarının və telefon nömrələrinin təqdim olunması mövzusunda ABŞ-dan göndərilmiş 900 sorğunu yerinə yetirib və üstəlik ABŞ hökumətinə 2253 nəfər Telegram istifadəçisinin məlumatlarını təqdim edib.
Bununla belə Telegram keçən ilin 1 yanvar tarixindən 30 sentyabr tarixinə kimi ABŞ-ın 108 nəfər Telegram istifadəçisi barəsində 14 sorğusunu yerinə yetirib. Messencerin təkcə ABŞ hökuməti yoxsa digər əsas dövlətlərin hökumətləri ilə əməkdaşlıq etdiyi bilinmir. Qeyd etmək lazımdır ki, Pavel Durov 24 avqust tarixində Paris hava limanında Fransanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Pavel Durov-un həbs edilməsi öz növbəsində bir çox ölkədə ictimai tənqidə səbəb oldu. Fransa hökuməti Durov-u Telegram üzərindən reallaşdırılan qanunsuz işlərdə iştirakda günahlandırır və bu mövzuda ona qarşı istintaq aparılır.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
