Logo
    main-post-cover

    Telegram 50 000$ mükafata sahib müsabiqə elan edib

    Sosial Media
    15.05.2025
    Emil
         Telegram administrasiyası ümumi mükafat fondu 50 000$ olan müsabiqə elan edib. İştirakçılardan tələb olunur ki, 26 may tarixinə kimi qısa video göndərsinlər. Videoda Telegram platformasının WhatsApp üzərindəki texnoloji üstünlüyü nümayiş etdirilməlidir. Müsabiqə üçün təqdim olunan video:
    - 180 saniyədən çox olmamalıdır;
    - Telegram-da əvvəldən mövcud olub, sonradan WhatsApp-a gəlmiş funksiyaları ətraflı şəkildə göstərməlidir;
    - Videodakı danışıq və ekran mətni mütləq ingilis dilində olmalıdır.
         Süni zəkadan köməkçi vasitə kimi istifadəyə icazə verilir. İlham mənbəyi kimi isə Telegram administrasiyası tərəfindən təqdim olunan materiallardan istifadə edilə bilər. İşlər növbəti meyarlar üzrə qiymətləndiriləcək: Aydınlıq, vizual təsir, mem kimi yayılma potensialı və viral yayılma ehtimalı. Nəhayət, müsabiqəyə göndərilən video TikTok, Instagram Reels, YouTube Shorts və digər şaquli video platformalarında paylaşmaq üçün uyğun formatda olmalıdır. Nəticələr iyun ayında elan olunacaq.
    Paylaş