Telegram-a videolar ilə bağlı yeni imkanlar və digər funksiyalar əlavə edilib
Sosial Media
01.11.2024
Emil Nəcəfov
Telegram özündə bir neçə yeni faydalı funksiyanı birləşdirən yenilənməni əldə edib. İstifadəçilər messencer daxilində izlənilən videolar üçün geniş imkanları, artıq göndərilmiş mesajlara foto, video və faylın əlavə edilməsi özəlliyini, yeni axtarış imkanlarını və digər funksiyaları əldə ediblər. Beləliklə bundan sonra messencer daxilində video izləyən zaman Telegram internet şəbəkəsinin vəziyyətindən asılı olaraq avtomatik şəkildə video üçün optimal görüntü keyfiyyətini (aşağı, orta və yüksək) təyin edəcək. İstifadəçi öz istəyinə uyğun olaraq videonun keyfiyyətini fərdi şəkildə də təyin edə bilər.
Bununla belə messencerə video yükləyən istifadəçilər videonu bir neçə keyfiyyətdə yükləməli olmayacaqlar. Belə ki, messencer videonun keyfiyyət ayarını özü avtomatik şəkildə dəyişəcək. Bu yeni funksiya hələ ki, bir neçə min abunəçiyə sahib böyük kanallarda aktivdir. Bundan əlavə olaraq messencerin iOS versiyasında videonun picture-in-picture rejimində işə salınması prosesi sadələşdirilib. Bundan sonra messencerdəki videonu picture-in-picture rejimində izləmək üçün sadəcə olaraq player pəncərəsini yuxarı istiqamətə sürüşdürmək lazım gələcək.
İzlənən videonun sürətinin jestlərlə idarəsi imkanı reallaşdırılıb. Video izləmə zamanı istifadəçi barmağını ekranın sağ hissəsinə klikləyib saxlasa, videonun sürəti 1.5 dəfə artacaq. Lakin istifadəçi barmağını sağ istiqamətdə sürüşdürməyə davam etsə, videonun sürəti artmaqda davam edəcək. Messencerin Android versiyasında ekranın sol və ya sağ hissəsinə iki dəfə klikləməklə videonu geri və ya irəli çəkmək mümkündür.
Digər yeniliklərdən biri də göndərilmiş mesajın redaktəsi zamanı foto, video və ya faylın əlavə edilməsi və ya artıq mövcud olan bu komponentlərin əvəzlənməsi imkanı var. Qrup və kanal sahibləri üçün çat daxilində konkret istifadəçidən olmuş mesajların axtarış sistemi reallaşdırılıb. Bu, “hashtag@istifadəçi adı” sxemi vasitəsilə reallaşdırılır. Bundan sonra mesajlar üçün olan bu və ya digər reaksiyanın sayını öyrənmək mümkün olacaq. Bunun üçün lazımi reaksiyanın üzərinə klikləyərək saxlamaq lazım gələcək. Bu halda seçilmiş reaksiyanın neçə nəfər istifadəçi tərəfindən verildiyi əks olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Telegram, artıq istifadəçilərin bütün məlumatlarını dövlətlərlə paylaşacağını açıqlayıb!
Telegram, artıq istifadəçilərin bütün məlumatlarını dövlətlərlə paylaşacağını açıqlayıb!
Ötən həftələrdə Fransada həbs olunan Telegram-ın CEO-su Pavel Durov, dövlətlərin məlumat tələblərini qəbul edəcəklərini açıqlayıb.
WhatsApp, Telegram-ın daha bir maraqlı funksiyasını əldə edəcək
WhatsApp, Telegram-ın daha bir maraqlı funksiyasını əldə edəcək
WhatsApp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər. Məlumata əsasən messencer üçün istifadəyə veriləcək növbəti yenilənmə WhatsApp-a Telegram istifadəçilərinə yaxşı tanış olan imkanları gətirəcək.
Telegram Fransa hökuməti ilə əməkdaşlıq etməyə başlayıb
Telegram Fransa hökuməti ilə əməkdaşlıq etməyə başlayıb
Telegram-ın daha öncə Fransa hökumətinin rəsmi sorğularına cavab verməmiş administrasiyası Pavel Durov-un avqust ayının sonunda Fransa hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra hökumət sorğularına daha operativ cavab verməyə başlayıb.
Pavel Durov azadlığa buraxılandan sonra ilk dəfə baş vermişlər barəsində fikirlərini bölüşüb
Pavel Durov azadlığa buraxılandan sonra ilk dəfə baş vermişlər barəsində fikirlərini bölüşüb
Telegram-ın yaradıcısı Pavel Durov bir neçə müddət bundan öncə azadlığa buraxılandan sonra ilk dəfə messencerdəki fərdi kanalında onunla baş vermiş hadisə ilə bağlı fikirlərini təqdim edib.
Telegram Cənubi Koreya hökumətindən üzr istəyib
Telegram Cənubi Koreya hökumətindən üzr istəyib
Dünən xəbər ortaya çıxdı ki, Cənubi Koreya-da Telegram ilə bağlı istintaqa start verilib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!