
Telegram-da 100 nəfərlik qrup zəngləri test edilir
Sosial Media
14.04.2025
Emil
Telegram-ın Android üçün olan beta versiyasında qrup zəngləri funksiyası istifadəyə verilib. Bu funksiya eyni anda bir qrupda 100 istifadəçiyə qədər ünsiyyət qurmağa imkan verir. Qrup zəngi yaratmaq üçün zənglər bölməsinə daxil olub əvvəlcə "Start New Call", daha sonra isə "Create Call Link" seçimini etmək lazımdır. Bundan sonra istifadəçiyə t.me/call formatında zəng keçidini kopyalamaq təklif olunacaq və həmin keçid "Share" düyməsinə klikləməklə eyni anda bir neçə iştirakçıya göndərilə bilər.

Qrup zənginin iştirakçıları, əgər məxfilik ayarları buna icazə verirsə, zəngə yeni istifadəçilər əlavə edə biləcəklər. Həmçinin bildirilir ki, qrup zəngləri end-to-end şifrələmə ilə qorunur. İştirakçılar mikrofon və səsgücləndiricini ayrı-ayrılıqda aktiv və ya deaktiv edə, eləcə də kameradan görüntü yayımlaya bilərlər. Qeyd etmək lazımdır ki, Pavel Durov bir neçə müddət bundan öncə bildirdi ki, messencerin aylıq aktiv istifadəçi sayı 1 milyardı keçib. Hazırda Telegram Çinin WeChat messenceri istisna olmaqla yalnız WhatsApp-dan geri qalır.
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Süni zəka əsaslı Grok çat-botu Telegram-a inteqrasiya edilib
xAI şirkətinə məxsus süni zəka əsaslı Grok çat-botu artıq Telegram-a inteqrasiya edilib. Bu barədə sosial şəbəkə X-də onun sahibi Elon Musk məlumat verib.

Sosial Media
Telegram-ın aylıq aktiv istifadəçi kütləsi 1 milyardı keçib
2024-cü ilin aprel ayında Telegram-ın rəhbəri və sahibi Pavel Durov, 2025-ci ildə messencerin istifadəçi sayının 1 milyard nəfəri keçəcəyini proqnozlaşdırmışdı. İndi isə o öz kanalı olan Du Rove’s Channel-da ayda 1 milyard aktiv istifadəçi həddinin keçildiyini açıqlayıb.

Tech-Biznes
Telegram-ın yaradıcısı Pavel Durov Fransanı tərk edib
Keçən həftənin şənbə səhəri Telegram-ın həmtəsisçisi Pavel Durov Fransanı tərk edərək Dubaya yollandı. Agence France-Presse (AFP) xəbər verib ki, o, məhkəmə nəzarəti altında olmasına baxmayaraq, Fransa hakimiyyətinin icazəsi ilə ölkədən çıxıb.

Sosial Media
Telegram-da ödənişli mesajlar və digər yeni funksiyalar istifadəyə verilib
Telegram messencerinin tərtibatçıları xidmətin inkişafını davam etdirərək yeni funksiyalar əlavə edirlər. Son yeniləmə ilə platformada ödənişli mesajlar dəstəklənməyə başlayıb. Bu xüsusiyyət sayəsində kontent yaradıcıları və ictimai şəxslər məxfiliyə daha çox nəzarət edə biləcək və populyarlıqlarını monetizasiya edə biləcəklər.

Sosial Media
Telegram-da ödənişli mesajlar istifadəyə veriləcək
İnsayderlər Telegram-ın gələcək funksiyalarından birini - ödənişli mesajları açıqlayıblar. Artıq bu funksiyanın harada və necə çalışacağı, habelə kimə gəlir gətirəcəyi barədə bəzi detallar məlum olub.
Ən çox oxunanlar

İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
