
Telegram-da adi istifadəçilər üçün faylların yüklənməsi sürətində məhdudiyyət tətbiq edilə bilər
Sosial Media
03.04.2024
Emil
Mütəxəssislər Telegram-ın açıq mənbə kodunun fraqmentlərini analiz edərək aşkar ediblər ki, messencerin Premium abunəliyinə sahib olmayan adi istifadəçiləri üçün bir mövzuda məhdudiyyət tətbiq ediləcək. Söhbət, Telegram üzərindən yüklənən faylların yüklənmə sürətlərinin məhdudlaşdırılmasından gedir. Məlumata əsasən tətbiq ediləcək məhdudiyyət çərçivəsində yüklənən faylın həcmi müəyyən göstəricini keçəndən sonra onun yüklənmə sürətində azalma müşahidə ediləcək. Lakin istifadəçi Telegram Premium abunəliyinə keçid etsə, bu məhdudiyyət avtomatik olaraq aradan qalxacaq. Faylların həcmlərində hansı göstəricidən sonra yüklənmə sürətinin azalacağı hələ bilinmir.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
