main-post-cover

    Telegram-da növbəti böyük yenilənmə istifadəyə verilib

    Sosial Media
    30.10.2023
    Emil Nəcəfov
         Telegram tərtibatçıları Telegram 10.2 yenilənməsinin istifadəyə verildiyini elan ediblər. Sözügedən yenilənmə özündə bir sıra yeni funksiyaları birləşdirir. Beləliklə Telegram-da istifadəyə verilmiş əsas yeniliklərdən biri də Replies 2.0-dır. Sözügedən funksiya çat daxilində həmsöhbət şəxsin mesajının müəyyən hissəsinə cavab vermək imkanını təqdim edir. Bununla yanaşı bundan sonra hətta çat daxilindəki cavabları da digər çatlara göndərmək mümkün olacaq.
         Üstəlik istifadəçi öz mesajında istənilən mətni sitat formasına sala bilər. Bu halda istifadəçi mesaja bir neçə sitat əlavə edə biləcək. Telegram 10.2-də olan daha bir yenilik mesajlardakı linklərin xarici görünüşlərinin redaktə edilməsi imkanıdır. Belə ki, istifadəçi linkə ön baxışı mesaj mətninin alt və ya yuxarı hissəsində yerləşməsini seçə, linkdəki fotonun ölçüsünü dəyişə və ya digər ön baxış linkini (bu cür linklərin olduqları halda) seçə bilər.
         Telegram-ın Stories bölməsinə də bəzi dəyişikliklər əlavə edilib. Belə ki, bundan sonra Stories paylaşımlarını irəli və ya geri çəkmək mümkün olacaq. Məsələn, əgər Stories-də video paylaşılıbsa, ona baxan şəxs Stories-dəki videonu irəli və ya geri çəkə biləcək. Telegram Premium istifadəçiləri öz adlarının, göndərmiş olduqları linklərin və çatlar daxilindəki cavablara olan sitat mesajlarının hansı rənglərdə əks olunmalarını seçmək imkanına sahib olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər