Logo
    main-post-cover

    Telegram-dakı açıq kanallarda paylaşımların qlobal axtarışı mümkün olacaq

         Telegram messenceri beta versiyasında istifadəçi paylaşımları üzrə qlobal axtarış funksiyasını test etməyə başlayıb. Gözlənildiyinə görə, yeni funksiya avqust ayında yayımlanması planlaşdırılan növbəti yeniləmə ilə tətbiqə əlavə olunacaq. Qlobal axtarış funksiyası açıq kanallarda açar sözlər üzrə mesajların tapılmasına imkan verir. Hazırda istifadəçilər yalnız abunə olduqları Telegram kanallarda açar sözlərlə axtarış edə bilirlər. Test mərhələsində bu funksiyadan gündə cəmi 2 dəfə istifadə etmək mümkündür. Limit aşılarsa, hər növbəti axtarış sorğusu 10 ulduza başa gələcək. Bu məhdudiyyət Telegram Premium istifadəçilərinə də şamil olunur. Bu arada Fransada Telegram-ın yaradıcısı Pavel Durov-a qarşı müxtəlif cinayət ittihamları, o cümlədən dələduzluq üzrə cinayət işi çərçivəsində istintaq davam edir. Bir neçə gün əvvəl o, təxminən 10 saat davam edən dindirməyə çağırılmışdı.
    Paylaş