Logo
    main-post-cover

    Telegram fake xəbərləri xüsusi olaraq işarələyəcək

    Sosial Media
    29.05.2024
    Emil
         Telegram fake xəbərlərə qarşı mübarizəyə başlayıb. Belə ki, messencer daxilində Fact Check funksiyasının testinə start verilib. Sözügedən yeni funksiya messencer daxilində bu və ya digər xəbər paylaşımının özündə doğru olmayan və ya yanıltıcı məlumatları birləşdirdiyi halda həmin xəbər xüsusi olaraq işarələnəcək. Məlumatda qeyd edilib ki, Telegram bu istiqamətdə faktlar və xəbərlərin doğruluqlarını yoxlayan kənar təşkilat və agentliklər ilə əməkdaşlıq edəcək. Bu və ya digər xəbər paylaşımının analizindən sonra bu cür agentlik paylaşımı müvafiq şəkildə işarələyə biləcək.
         İstifadəçilər isə bu və ya digər xəbər paylaşımının hansı agentlik və ya təşkilat tərəfindən yoxlandığını görə biləcəklər. Qeyd etmək lazımdır ki, buna bənzər mexanizm həmçinin Meta şirkətinə məxsus olan Facebook Instagram platformalarında da istifadə edilir. Lakin bu cür sistemlərin effektivlikləri bəzi suallara səbəb olurlar. Məsələn, Facebook hər dəqiqə ortalama 500 000 yeni rəy əldə edir. Heç bir təşkilat belə həcmdə kontenti operativ şəkildə analiz etmək qabiliyyətinə sahib deyil. Faktların yoxlanılması sistemləri bir platformanın sərhədindən kənara çıxan daha məşhur və sürətlə yayılan xəbərlər üçün çalışa bilərlər.
         Lakin bu cür sistemlərin ümumi effektivlikləri hələ də aşağı səviyyədə olaraq qalır. Məlumata əsasən Telegram-ın fəaliyyətdə olan ölkələrin hökumətləri öz regionları çərçivəsində fact checking agentliyini özləri seçə bilərlər. Bu isə öz növbəsində məlumatların yoxlanış prosesinin obyektivliyini sual altında qoya və messencer daxilindəki məlumat şəffaflığına təsir göstərə bilər. Fact Check adlı yeni funksiyanın Telegram daxilində nə zaman və hansı formada istifadəyə veriləcəyi bilinmir.
    Paylaş