main-post-cover

    Telegram-ın Android və iOS versiyaları növbəti böyük yenilənməni əldə ediblər

    Sosial Media
    01.12.2023
    Emil Nəcəfov
         Telegram-ın Android iOS versiyaları üçün növbəti böyük yenilənmə istifadəyə verilib. Növbəti yenilənmə çərçivəsində messencerə oxşar kanalların məsləhət görülməsi imkanı, Stories paylaşımlarının statistikalarının göstərilməsi funksiyası, həftədə iki dəfə pulsuz şəkildə səsli və video mesajların mətn formatına çevrilməsi imkanı və s. əlavə edilib.
         Bundan sonra istifadəçi hər hansısa yeni kanala abunə olduğu zaman ona oxşar kanalların siyahısı təqdim ediləcək. Beləliklə istifadəçi abunə olduğu yeni kanal ilə yanaşı onu maraqlandıra biləcək digər kanallara da abunə ola biləcək. Bununla yanaşı istifadəçi kanalların və digər istifadəçilərin Stories paylaşımlarını öz hesabında repost edə biləcək.
         Üstəlik Stories paylaşımlarına video formatında mesaj vasitəsilə reaksiya bildirmək imkanı da istifadəyə verilib. Kanalların adminləri isə öz Stories paylaşımlarının statistikalarını izləyə biləcəklər. Səsli və video mesajların mətn formatına çevrilməsi funksiyası daha öncə yalnız Telegram Premium istifadəçiləri üçün aktiv idi. Messencerdə istifadəyə verilmiş yenilənmə sayəsində bu funksiya bütün Telegram istifadəçiləri üçün aktivləşdirilib. Lakin qeyd etmək lazımdır ki, adi istifadəçilər bu funksiyadan həftədə yalnız iki dəfə istifadə edə biləcəklər. Telegram Premium istifadəçiləri üçün bu funksiya çərçivəsində heç bir məhdudiyyət yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Telegram-ın Apple Vision Pro-da necə görünəcəyi sərgilənib (VİDEO)
    telegram-in-apple-vision-pro-da-nece-goruneceyi-sergilenib-video
    Azərbaycan dilli Telegram kanalları vasitəsilə zərərli Whatsapp təkmilləşdirməsi yayılır
    azerbaycan-dilli-telegram-kanallari-vasitesile-zererli-whatsapp-tekmillesdirmesi-yayilir
    Telegram-da növbəti böyük yenilənmə istifadəyə verilib
    telegram-da-novbeti-boyuk-yenilenme-istifadeye-verilib