Logo
    main-post-cover

    Telegram-ın Apple Vision Pro-da necə görünəcəyi sərgilənib (VİDEO)

         Telegram artıq bütün məşhur platformalarda mövcuddur. Android, iOS, Windows macOS. Məlum olub ki, yaxın zamanda sözügedən messencer Apple Vision Pro-nun sahib olacağı visionOS əməliyyat sistemində də istifadəyə veriləcək. Telegram-ın yaradıcısı Pavel Durov öz növbəsində messencerin Vision Pro-da necə görünəcəyini və istifadəçiyə hansı imkanları verəcəyini sərgiləyib.
         Təqdim edilmiş videodan da görmək olar ki, Telegram-ın visionOS versiyasında ənənəvi qovluqlar paneli əvəzinə yan panel interfeysi reallaşdırılıb. Yan panel öz növbəsində kontaktlara, çatlara, zənglərə və ayarlara sürətli keçid imkanını verir. Telegram-ın visionOS versiyası digər platformalardakı versiyasının funksiyalarını özündə birləşdirəcək. İstifadəçi mətnləri fərdi şəkildə virtual klaviaturada və ya səsli əmrlər vasitəsilə Siri üzərindən dərc edə biləcək.
    Paylaş
    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Telegram-ın Apple Vision Pro-da necə görünəcəyi sərgilənib (VİDEO) | Technote