
Telegram-ın aylıq istifadəçi kütləsi 900 milyonu keçib
Sosial Media
23.07.2024
Emil
Telegram-ın reklam platformasının statistikasına əsasən messencerin aylıq istifadəçi kütləsi 950 milyona çatıb. Messencerin yaradıcısı olan Pavel Durov ümid edir ki, bu ilin sonuna kimi Telegram-ın aylıq istifadəçi kütləsi 1 milyardı keçəcək. Telegram-dan ay ərzində minimum bir dəfə istifadə edən istifadəçilərin sayı mütəmadi şəkildə messencerin reklam platformasında təqdim edilir.
Reklam platformasında paylaşılmış son statistik məlumata əsasən isə bu göstərici artıq 950 milyon istifadəçiyə çatıb. Qeyd etmək lazımdır ki, yaz fəslində bu göstərici 900 milyon istifadəçi idi. Pavel Durov bir neçə müddət bundan öncə amerikalı jurnalist Tucker Carlson-a vermiş olduğu müsahibəsində qeyd etmişdi ki, Telegram-da hər gün 2.5 milyon yeni istifadəçi qeydiyyatdan keçir və onun hesablamalarına əsasən bu ilin sonuna kimi messencerin istifadəçi kütləsi 1 milyarda çatmalıdır.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
