Logo
    main-post-cover

    Telegram kanallarında avtomatik tərcümə və s. yeni funksiyalar istifadəyə verilib

    Sosial Media
    12.05.2025
    Emil
         Telegram son günlər ərzində ikinci böyük yeniləməni elan edib. Hədiyyə sevənlər üçün yeni ticarət platformasında onları təhlükəsiz şəkildə almaq və satmaq imkanı yaradılıb, Stories paylaşımlarını sevənlər bir neçə belə paylaşımı eyni anda paylaşa bilmək özəlliyini əldə ediblər, kanal sahibləri isə paylaşımların avtomatik tərcüməsini aktiv edə bilərlər. Messencerin auditoriyası yanvar ayında kolleksiya hədiyyələrinin təqdim olunmasını böyük həvəslə qarşıladı - bəzi kolleksiyalar demək olar ki, dərhal satılıb qurtardı. İndi isə bu hədiyyələri platformanın daxili valyutası olan Telegram Ulduzları ilə yeni ticarət platformasında almaq və satmaq imkanı mövcuddur.
         Lazımi hədiyyəni tapmaq üçün bir sıra filtr mövcuddur, o cümlədən “Təkrar satış” filtri - bu, nadir və təkmilləşdirilmiş nümunələri tapmağa kömək edir. Alınmış hədiyyəni tez bir zamanda ünvan sahibinə göndərmək imkanı da var. Kolleksiya hədiyyəsini satmaq üçün onu profilinizdə açmaq və “Sat” düyməsini klikləmək kifayətdir - hədiyyə həm marketplace-də, həm də satıcının profilində görünəcək və onu bütün kontaktlar və abunəçilər görə biləcəklər. Həmçinin “Satışdan çıxar” düyməsi də mövcuddur. Stories redaktoru indi bir dəfəyə bir neçə foto və video paylaşmağa imkan verir.
         Əgər redaktorda 60 saniyədən uzun video açılırsa, o, avtomatik olaraq bir neçə hissəyə bölünür və eyni anda paylaşılmaq üçün əlçatan olur. Mesajların tərcümə imkanları genişlənib. Kanal sahibləri artıq bu funksiyanı standart olaraq aktiv edə bilərlər ki, abunəçilər paylaşımları birbaşa öz ana dillərində görsünlər - bu funksiyanı asanlıqla söndürmək və paylaşıma orijinal formada baxmaq mümkündür. Telegram-da kanalların imkanları, istifadəçilərdən aldıqları səslər əsasında genişlənir və indi platforma administrasiyası hər növbəti səviyyəyə çatmaq üçün tələb olunan səs sayını azaldıb.
    Mənbə: Telegram
    Paylaş