Telegram mesajların göndərilməsi ilə bağlı yeni funksiyalar əldə edib
Sosial Media
16.01.2024
Emil Nəcəfov
Telegram tərtibatçıları messencer üçün növbəti yenilənməni istifadəyə veriblər. 10.6 nömrəli yenilənmə çərçivəsində messencer bir sıra faydalı funksiyanı əldə edib. Beləliklə Telegram-ın əldə etmiş olduğu yeni funksiyalardan biri səsli mesajın yazılması ilə bağlıdır. Belə ki, bundan sonra istifadəçi səsli mesajı yazan zaman prosesi yarıda saxlaya və daha sonra onu yenidən bərpa edə bilər. Bununla belə səsli mesajın artıq yazılaraq yarıda saxlanmış hissəsi olduğu kimi qalacaq və bərpa edilmiş səsli mesaja birləşəcək.
Bu funksiyadan istifadə etmək üçün sadəcə olaraq mikrofon işarəsini yuxarı sürüşdürərək yarıda saxlama düyməsinə klikləmək lazımdır. Səsli mesajın yazılma prosesini bərpa etmək üçün isə həmin düyməyə yenidən klikləmək lazım gələcək. Bununla yanaşı Telegram-a bir dəfəlik audio və video mesajların göndərilməsi funksiyası əlavə edilib. Bu cür audio və video mesajları qəbul etmiş şəxs onlara bir dəfə qulaq asandan və ya onları bir dəfə izlədikdən sonra mesajlar avtomatik olaraq silinəcəklər. Telegram 10.6 artıq Android və iOS üçün istifadəyə verilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Telegram üçün Yeni il öncəsi böyük yenilənmə istifadəyə verilib
Telegram üçün Yeni il öncəsi böyük yenilənmə istifadəyə verilib
Telegram tərtibatçıları messencer üçün Yeni il öncəsi böyük yenilənməni istifadəyə veriblər.
Telegram-ın Android və iOS versiyaları növbəti böyük yenilənməni əldə ediblər
Telegram-ın Android və iOS versiyaları növbəti böyük yenilənməni əldə ediblər
Telegram-ın Android və iOS versiyaları üçün növbəti böyük yenilənmə istifadəyə verilib.
Telegram-ın Apple Vision Pro-da necə görünəcəyi sərgilənib (VİDEO)
Telegram-ın Apple Vision Pro-da necə görünəcəyi sərgilənib (VİDEO)
Telegram artıq bütün məşhur platformalarda mövcuddur. Android, iOS, Windows və macOS.
Azərbaycan dilli Telegram kanalları vasitəsilə zərərli Whatsapp təkmilləşdirməsi yayılır
Azərbaycan dilli Telegram kanalları vasitəsilə zərərli Whatsapp təkmilləşdirməsi yayılır
Kaspersky şirkətinin mütəxəssisləri internetdə Whatsapp üçün nəzərdə tutulmuş təkmilləşdirməni aşkar ediblər.
Telegram-da növbəti böyük yenilənmə istifadəyə verilib
Telegram-da növbəti böyük yenilənmə istifadəyə verilib
Telegram tərtibatçıları Telegram 10.2 yenilənməsinin istifadəyə verildiyini elan ediblər. Sözügedən yenilənmə özündə bir sıra yeni funksiyaları birləşdirir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!