
Telegram səsli mesajların redaktəsi və s. yeni funksiyaları əldə edib
Sosial Media
04.06.2025
Emil
Telegram tərtibatçıları messencer üçün növbəti böyük yeniləməni təqdim ediblər. Artıq kanal müəlliflərinə şəxsi mesaj göndərmək mümkündür, qruplarda mövzular arasında keçid daha da asanlaşıb, səsli mesaj göndərməzdən əvvəl onları redaktə etmək imkanı əlavə olunub və şəkillər yüksək keyfiyyətdə göndərilə bilir. Telegram kanallarının abunəçiləri bundan sonra kanal sahibləri və adminlərlə şəxsi yazışmaya başlaya biləcəklər. Bu zaman məzmun müəllifləri öz əlaqə məlumatlarını açıqlamaya bilərlər. Admin üçün bu mesajlar şəxsi yazışmalardan ayrıca göstərilir. Bu funksiya kanal ayarlarında ayrıca aktivləşdirilir. Aktiv edildikdə kanalın aşağı panelində mesaj ikonu görünür. Sui-istifadənin qarşısını almaq üçün hər mesajın göndərilməsi pullu edilə bilər.

Telegram-da mövzularla işləyən qruplarda mövzular arasında sürətli keçid imkanı əlavə olunub. Ənənəvi yan panel əvəzinə artıq yuxarıda kompakt nişanlar (tablar) şəklində keçid seçmək mümkündür. Səsli mesaj göndərməzdən əvvəl onları kəsmək imkanı əlavə edilib. Bunun üçün səsyazma zamanı kilid işarəsinə qədər yuxarı sürüşdürmək lazımdır. Bu yeni funksiya səsyazma zamanı səhv olduqda prosesi dayandırmadan davam etməyə və sonda istənməyən hissələri silməyə imkan verir. Artıq həm səsli, həm də video mesajların yazılması zamanı onları dayandırmaq və sonra davam etdirmək mümkündür. Telegram-a əlavə edilən digər bir yenilik isə yüksək keyfiyyətli şəkil göndərmək funksiyasıdır.

2014-cü ildən bəri Telegram şəkil göndərərkən iki seçim təklif edirdi: Orijinal keyfiyyət və trafikə qənaət edən optimallaşdırılmış versiya. İndi isə üçüncü seçim - 4 dəfə daha yaxşı optimizasiya edilmiş yüksək keyfiyyətli şəkillər göndərmək mümkündür. Belə bir şəkil təxminən 0.5 MB trafik sərf edir. Bu imkan şəkil göndərmə zamanı foto redaktoru içərisindən aktivləşdirilir. Telegram-ın iOS versiyasında artıq media faylları birbaşa Stories redaktoruna göndərmək mümkündür. Bunun üçün sadəcə Share düyməsinə toxunmaq kifayətdir. Nəhayət, sorğulara (anketlərə) indi 12-yə qədər cavab variantı əlavə etmək mümkündür. Bundan əlavə, sorğuları Favorites bölməsində saxlamaq imkanı da yaradılıb. Bu sayədə nəticələri özünüzdə saxlaya və ya başqa çatlarda paylaşa bilərsiniz.


Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
