
Telegram üçün Yeni il öncəsi böyük yenilənmə istifadəyə verilib
Sosial Media
25.12.2023
Emil
Telegram tərtibatçıları messencer üçün Yeni il öncəsi böyük yenilənməni istifadəyə veriblər. İstifadəyə verilmiş yenilənmə özündə kanallar və adi istifadəçilər üçün bir sıra yeni imkanı birləşdirir. Beləliklə bundan sonra kanalların adminləri istifadəçilərin səsvermələri və keçirilən konkurslar nəticəsində əldə edilən səviyyələrdən (level) asılı olaraq öz kanallarının xarici görünüşlərini ayarlaya biləcəklər. Belə ki, admin öz kanalının adının və fonunun rəngini dəyişməklə yanaşı kanalın profil loqosunu dəyişə və ona müxtəlif emojiləri əlavə edə bilər.

Adi istifadəçilər isə kanallardakı paylaşımları öz Stories-lərində bölüşmək imkanını əldə ediblər. İstifadəçi öz Stories bölməsinə bu və ya digər kanaldakı istənilən paylaşımı bölüşə bilər. Stories paylaşımlarına baxış və onlara reaksiyalar kimi statistik məlumatlar həm kanal adminləri həm də adi istifadəçilər üçün aktivləşdirilib. Messencer daxilində istifadəyə verilmiş digər bir yenilik isə Stories-ə yüklənən fotonun fon hissəsinin silinməsidir. Telegram-ın yeni versiyası artıq Android və iOS istifadəçiləri üçün aktivdir.



Paylaş
Ən çox oxunanlar

Samsung Odyssey OLED G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
