Twitter Fleets: Twitter istifadəçiləri üçün Instagram Stories analoqu istifadəyə verilib
Sosial Media
18.11.2020
Farid Pardashunas
Twitter sosial şəbəkəsi özünün Instagram-dakı Stories analoqunu işə salıb. Söhbət, Fleets adlı bölmədən gedir. Beləliklə istifadəçilər Fleets-də mətnlər, fotolar və videolar paylaşa bilərlər. Yaxın gələcəkdə həmçinin Fleets-ə stikerlər ilə canlı yayımların da əlavə ediləcəyi bildirilib. Fleets vasitəsilə istifadəçilər öz təsadüfi fikirlərini və hislərini ifadə edə bilərlər. Hansısa istifadəçinin paylaşdığı Fleets-ə smaylik və ya özəl mesaj vasitəsilə cavab vermək olar. Lakin paylaşılmış Fleets-i bəyənmək və ya retweet etmək olmaz.
Instagram-dakı Stories paylaşımları kimi Fleets-lər də 24 saat keçdikdən sonra avtomatik silinirlər. Qeyd etmək lazımdır ki, yeni funksiya bu ilin yaz fəslindən başlayaraq Braziliyada test olunurdu. Daha sonra Hindistan, İtaliya və digər regionlardan olan istifadəçilər də bu funksiyanın testinə qoşuldular. Nəticədə istifadəçilər Twitter-ə daha çox daxil olmağa başladılar. Fleets funksiyası yaxın zamanda bütün Android və iOS istifadəçiləri üçün aktivləşdiriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)