WhatsApp-a çat filtrləri əlavə edilib
Sosial Media
17.04.2024
Farid
WhatsApp tərtibatçıları messencerdə yeni faydalı özəlliyin istifadəyə verildiyini elan ediblər. Söhbət, çatlar üçün nəzərdə tutulmuş filtrlərdən gedir. Bu filtrlər lazımi mesajların sürətli tapılmasına istiqamətlənib. Beləliklə WhatsApp-dakı çatlar üçün 3 filtr əlavə edilib. Birinci filtr All adlanır və o, bütün çatları əks etdirir. İkinci filtr Unread adlanır və o, istifadəçi tərəfindən oxunmamış çatları əks etdirir. Üçüncü filtr isə Groups adlanır və o, qrup çatlarını əks etdirir. Bu yeni faydalı özəllik WhatsApp istifadəçiləri arasında tədricən istifadəyə verilir və yaxın zamanda hamıda aktiv olacaq.
Paylaş
Bənzər xəbərlər
Sosial Media
WhatsAppn Web-də yeni interfeys test edilir
WhatsApp Web-in beta versiyası yeni interfeysi əldə edib.
Sosial Media
WhatsApp-da süni zəka əsaslı çat-bot test olunur
Biraz əvvəl biz xəbər verdik ki, Meta şirkəti Instagram-da Meta AI adlı süni zəka əsaslı çat-botunu test etməyə başlayıb. İndi isə məlum olub ki, şirkət eyni çat-botunu həmçinin WhatsApp-da da test edir.
Sosial Media
WhatsApp-a gələcək bu yeni xüsusiyyət sayəsində artıq heç kim "Mesajını görməmişəm" deyə bilməyəcək!
Dünyanın ən məşhur ani mesajlaşma tətbiqlərindən biri olan WhatsApp-a yeni xüsusiyyətin gələcəyi məlum olub. Tətbiqin "2.24.9.14" kodlu Android beta versiyasında mövcud olan bu yeni xüsusiyyət yenicə onlayn olan istifadəçilərin adlarını göstərəcək.
Sosial Media
Whatsapp daxilindəki videolar üçün yenilənmiş picture-in-picture funksiyası hazırlanır
Meta şirkəti son zamanlarda Whatsapp-a yeni funksiyalar əlavə edir. Görünür, yaxın zamanda messencer daha bir faydalı funksiyanı əldə edəcək.
Proqram Təminatı
WhatsApp statusunda digər insanları etiketləmək mümkün olacaq!
Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan WhatsApp-ın yeni xüsusiyyət üzərində çalışdığı məlum olub. WhatsApp-ın 24.7.10.71 kodlu tətbiqinin iOS beta versiyasında ortaya çıxan bu xüsusiyyət istifadəçilərə status paylaşarkən başqa şəxsləri etiketləməyinə imkan verəcək.
Ən çox oxunanlar