
WhatsApp-a Giphy servisinin dəstəyi əlavə edilib
Sosial Media
15.08.2024
Emil
WhatsApp tərtibatçıları messencerə yeni funksiyaları əlavə etməkdə davam edirlər. Məlum olub ki, messencerin yeni versiyası Giphy servisinin inteqrasiyası imkanını əldə edib. Beləliklə bundan sonra istifadəçilər stikerləri və GIF-ləri Giphy servisi üzərindən axtara biləcəklər. Bundan əlavə olaraq messencer daxilində daimi istifadə üçün messencer yaddaşında saxlanılan stikerlərin sıralanmasını dəyişmək imkanı aktiv olub. Beləliklə istifadəçilər seçilmiş stikerləri əsas siyahının üst hissəsinə yerləşdirə bilərlər. Həmçinin eksklüziv olaraq iOS-də olan bir imkan Android istifadəçiləri üçün də aktivləşdirilib. Söhbət, stikerlərin messencer daxilində yaradılması və redaktə olunması imkanından gedir.

Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
