Logo
    main-post-cover

    WhatsApp-a mesajların swni intellekt vasitəsilə formalaşdırma funksiyası əlavə edilib

         WhatsApp messencerinə süni intellekt əsaslı yeni funksiya əlavə olunub. İstifadəçilər yeni funksiya vasitəsilə mesajlarını formalaşdıra biləcəklər. “Bəzən nə demək istədiyinizi bilirsiniz, amma bunu necə ifadə edəcəyinizdə bir az köməyə ehtiyacınız olur. Buna görə də bu gün sizə Writing Help funksiyasını təqdim edirik” - deyə açıqlamada bildirilib. Yeni funksiya istifadəçilərə mesaj yazmaq üçün bir neçə üslub təklif edəcək. Məsələn, peşəkar, yumoristik və ya dəstək xarakterli. Funksiya Private Processing texnologiyası əsasında işləyir. Hazırda Writing Help funksiyası ABŞ və digər ölkələrdə ingilis dilində əlçatandır. Gələcəkdə messencer dil və ölkə sayını artırmağı planlaşdırır.
    Paylaş