
WhatsApp-a videozənglərlə bağlı yeniliklər əlavə edilib
Sosial Media
13.12.2024
Emil
WhatsApp tərtibatçıları messencerə yeni imkanlar əlavə ediblər. Əlavə edilmiş imkanlar videozəng xüsusiyyətini əhatə edirlər. Beləliklə bundan sonra istifadəçilər qrup çatında konkret şəxslərə video vasitəsilə zəng edə biləcəklər. Bu halda qrupun digər iştirakçılarına bu barədə bildiriş göndərilməyəcək. Bununla yanaşı videozənglərə yeni filtrlər əlavə edilib. Yeni filtrlər real zaman ərzində maraqlı animasiyalar ilə effektləri tətbiq etməyə imkan verirlər. Məlumatda qeyd edilib ki, WhatsApp-ın desktop versiyasında videozənglər üçün ayrıca sahə ayrılıb. Bu öz növbəsində videozənglərin işə salınmasını və videozənglər üçün nəzərdə tutulmuş dəvət linklərinin yaradılmasını sadələşdirir. Tərtiubatçılar bildiriblər ki, WhatsApp üzərindən edilən videozənglərdə görüntü keyfiyyəti yaxşılaşdırılıb.

Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
