Logo
    main-post-cover

    WhatsApp Braziliyada rəqib AI çatbotlara qadağanı dayandırdı

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, WhatsApp İtaliyadan sonra Braziliyanı da üçüncü tərəf AI çatbotlarının qadağasından kənar saxlayıb. Şirkət Braziliya telefon nömrələrinə (+55 kodu) malik istifadəçilər üçün rəqib çatbotların fəaliyyətini davam etdirməsinə icazə verib.
    WhatsApp traz ao Brasil recurso que integra 100% dos e-commerces ao app
        Qərar Braziliyanın rəqabət qurumu CADE-nin Meta-nın yeni siyasətinə etiraz etməsindən sonra verilib. Həmin siyasət WhatsApp Business API üzərindən ümumi təyinatlı çatbotların (məsələn, ChatGPTGrok) istifadəsini mərhələli şəkildə dayandırmağı nəzərdə tutur. Meta yanvarın 15-dən etibarən tərtibatçılara 90 günlük keçid dövrü təqdim etdiyini açıqlamışdı. Bu müddət ərzində AI provayderləri istifadəçilərə çatbotların WhatsApp-da fəaliyyətini dayandıracağı barədə xəbərdarlıq etməli idi. Lakin şirkət tərtibatçılara göndərdiyi rəsmi bildirişdə Braziliya nömrələri üçün bu tələbin artıq keçərli olmadığını bildirib.
        Bununla belə, yeni qaydalar bizneslərin müştəri dəstəyi məqsədilə botlardan istifadə etməsinə mane olmur. Məhdudiyyət yalnız ümumi təyinatlı AI çatbotlara şamil edilir.
    Paylaş