
Whatsapp-da çatları kənar şəxslərdən xüsusi kodla bloklamaq mümkün olacaq
Sosial Media
14.11.2023
Emil
Meta şirkəti Whatsapp üçün yeni təhlükəsizlik funksiyasını istifadəyə verməyə hazırlaşır. Söhbət, Secret Code adlı funksiyadan gedir. Hal hazırda sözügedən funksiya messencerin Android üçün nəzərdə tutulmuş 2.23.24.20 nömrəli versiyasında test edilir. Secret Code adlı yeni təhlükəsizlik funksiyası istənilən çatı təhlükəsizlik kodu vasitəsilə bloklamağa imkan verəcək. Təhlükəsizlik kodu vasitəsilə bloklanmış çatlar ümumi çat siyahısında əks olunmayacaqlar. Onların ortaya çıxmaları üçün istifadəçi messencerin axtarış hissəsində təhlükəsizlik kodunu qeyd etməli olacaq. İstifadəçi bu cür çatın təhlükəsizlik kodunu unutmuş olsa, o, konfidensiallıq ayarları vasitəsilə həmin çatlar siyahısını təmizləyə biləcək.

Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
