main-post-cover

    Whatsapp-da istifadəçinin özünün-özünə mesaj göndərmə funksiyası istifadəyə verilib

    Sosial Media
    16.11.2022
    Emil Nəcəfov
        Whatsapp istifadəçinin özünün-özünə mesaj göndərməsini mümkün edən funksiyanı əldə edib. Bu funksiya hansısa vacib faylları, sənədləri və ya mətnləri saxlamaq üçün nəzərdə tutulub. Hal hazırda sözügedən funksiya Whastapp-ın Android-dəki 2.22.23.77 nömrəli versiyasında və iOS-in 22.23.74 nömrəli versiyasında istifadəyə verilib. Texniki baxımdan bu funksiya artıq uzun müddətdir ki, digər messencerlərdə mövcuddur. Məsələn Telegram-da bu funksiyanı təkrarlayan Favorites bölməsi var. Nəzərə alsaq ki, məlumatlar bütün cihazlar üzrə sinxronlaşdırılır, sözügedən funksiya vacib məlumatları messencerin kompüterlər üçün nəzərdə tutulmuş versiyasından mobil versiyaya və ya əksinə göndərmək imkanını verir. Qeyd etmək lazımdır ki, Whatsapp daxilində istifadəçinin özünün-özünə mesaj göndərməsi funksiyası hələ yenicə aktivləşib. Buna görə də hal hazırda o hamıda aktiv olmaya bilər.
    Linki kopyala