
Whatsapp-da reklam elanlarının sərgilənməsi mövzusu hələ də aktualdır
Sosial Media
13.11.2023
Emil
Whatsapp-ın rəhbəri Will Cathcart-ın sözlərinə əsasən messencerdə reklam elanlarının sərgilənməsi mövzusu hələ də aktual olaraq qalır. Onun sözlərinə əsasən şirkət daxilində messencerdəki Status və Channels bölmələrində reklam elanlarının sərgilənməsi mümkünlüyü müzakirə edilir. Lakin bunun nə zaman reallaşacağı mövzusunda konkret bir müddət aralığı yoxdur. Öz müsahibələrindən birində Whatsapp-ın monetizasiyası mövzusuna toxunan zaman Cathcart bildirib ki, şirkət messencerdəki çatlar daxilində reklam elanlarını sərgiləməyəcək.
Lakin Cathcart messencerin Status və Channels kimi digər bölmələrində reklam elanlarının olacağını istisna etməyib. Qeyd etmək lazımdır ki, Meta şirkəti bir neçə il bundan öncə reklam elanlarının messencerdəki Status bölməsinə inteqrasiya üsullarını axtarırdı. Lakin nəticədə şirkət 2020-ci bu ideyanı bilinməyən müddətə kimi təxirə salmalı oldu. Belə ki, konfidensiallıq məsələlərindən narahat olan Whatsapp istifadəçiləri bu cür addıma mənfi reaksiya verə bilərdilər. Cathcart-ın sözlərinə əsasən şirkət bu ideyadan tamamilə imtina etməyib.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
