
WhatsApp-dakı statuslarda kontaktları qeyd etmək mümkün olacaq
Sosial Media
18.09.2024
Emil
WhatsApp tərtibatçıları messencer üçün olan yeni funksiyanın testinə start veriblər. Söhbət, messencer daxilindəki statuslarda kontaktların qeyd edilməsi funksiyasından gedir. Bu yeni funksiya WhatsApp-ın Android üçün olan 2.24.20.3 nömrəli beta versiyasında test edilir. Yeni funksiya sayəsində istifadəçilər “@” işarəsindən istifadə edərək öz statuslarında kontaktlarını qeyd edə biləcəklər. Bunun üçün status paylaşımını etməyə imkan verən sahənin yanındakı “@” düyməsinə klikləmək lazım gələcək. Statusa qeyd edilmiş kontakt bu barədə bildirişi əldə edəcək və həmin statusu öz kontaktları ilə Share düyməsi vasitəsilə bölüşə biləcək. Bu funksiyanın stabil WhatsApp-da nə zaman istifadəyə veriləcəyi məlum deyil.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
