
WhatsApp daxilin Meta AI çat-botu fotoları redaktə edə biləcək
Sosial Media
08.07.2024
Emil
WhatsApp-ın 2.24.14.20 nömrəli beta versiyasında yeni funksiya ortaya çıxıb. Ortaya çıxmış yeni funksiya istifadəçilərə Meta AI adlı çat-bot ilə fotoları bölüşmək imkanını verir. Süni zəka əsaslı bu çat-bot öz növbəsində istifadəçi tərəfindən təqdim edilmiş fotonu analiz edəcək və istifadəçiyə onun tərkibi barəsində konteksti və ya məlumatı təqdim edəcək. İstifadəçi hətta Meta AI vasitəsilə fotonu redaktə də edə bilər. İstifadəçilər Meta AI-ya öz fotoları barəsində suallar verə və çat-botdan fotodakı obyektləri, yerləri təyin etməyi istəyə biləcəklər. Met AI öz növbəsində istifadəçilərə fotoların redaktə edilməsi imkanını təklif edəcək. Məlumata əsasən bu yeni funksiya hələ hazırlanma mərhələsindədir.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
