Logo
    main-post-cover

    WhatsApp ilk funksiyasını geri qaytarır

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, WhatsApp özünün ilk xüsusiyyətini yenidən aktivləşdirir. “About” adlı bu bölmə əslində status yeniləməsinə bənzəyir və istifadəçilərin hazırda nə ilə məşğul olduqlarını qısa şəkildə bildirmələri üçün nəzərdə tutulub. Bu, bir növ WhatsApp-ın köhnə “AIM away message” funksiyasının müasir versiyasıdır.
        İstifadəçinin “About” mesajı həm profilində, həm də şəxsi yazışmaların yuxarı hissəsində görünəcək. Bu mesaj standart olaraq 24 saat sonra silinir, lakin istifadəçi onu daha tez yoxa çıxarmaq və ya daha uzun müddət saxlamaq üçün vaxtı öz istəyinə uyğun dəyişə bilər. Bunu WhatsApp ayarlarında “set about” bölməsindən etmək mümkündür.
        Bundan əlavə, istifadəçilər “About” mesajını kimlərin görə biləcəyini də idarə edə biləcəklər. Onu yalnız kontaktlara açmaq və ya profilə baxan hər kəs üçün görünən etmək mümkündür.
        Bu yenilik Instagram və Facebook-dakı “notes” funksiyasını xatırladır. WhatsApp “About” funksiyasını bu həftədən etibarən bütün mobil istifadəçilərə mərhələli şəkildə təqdim etməyə başlayacaq.
    Paylaş