Logo
    main-post-cover

    WhatsApp-ın 2.25.1.17 nömrəli beta versiyasında yeni funksiyalar ortaya çıxıb

    Sosial Media
    10.01.2025
    Emil
         WhatsApp-ın Android üçün nəzərdə tutulmuş 2.25.1.17 nömrəli beta versiyasında iki yeni funksiya ortaya çıxıb. Ortaya çıxmış funksiyalar messencerin imkanlarını genişləndirməlidirlər. Gözləntilərə əsasən onlar yaxın zamanda istifadəyə veriləcək. Birinci funksiya çat daxilindəki sorğulara fotoların əlavə edilməsi ilə bağlıdır. Bu funksiya öz növbəsində sorğuda iştirak edən istifadəçilər üçün sorğu variantlarının vizual görüntülərini təqdim etməyə imkan verəcək.
         Məlumata əsasən bu funksiya ilk növbədə messencer daxilindəki kanallarda aktiv olacaq və müəyyən müddətdən sonra hamı üçün istifadəyə veriləcək. Messencerin beta versiyasında ortaya çıxmış ikinci yeni funksiya qrup çatlarında olduğu kimi özəl çatlarda tədbirlərin formalaşdırılması ilə bağlıdır. Belə ki, istifadəçi özəl çat daxilində planlaşdırılan tədbirin tarixini, təsvirini, məkanını, adını və əlavə məlumatları qeyd edə bilər. Bu yeni funksiyaların WhatsApp-da nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Paylaş