Logo
    main-post-cover

    WhatsApp-ın beta versiyasında səsli mesajların mətn formatına çevrilməsi funksiyası istifadəyə verilib

    Sosial Media
    12.07.2024
    Emil
         WhatsApp-ın beta versiyası səsli mesajların mətn formatına köçürülməsi funksiyasını əldə edib. Bu yeni funksiya messencerin 2.24.15.5 nömrəli beta versiyasından başlayaraq istifadəyə verilib. Hal-hazırda bu funksiya yalnız 5 dili dəstəkləyir. İngilis, ispan, portuqal, rus və hind. Səsli mesajlar bu funksiya çərçivəsində lokal şəkildə birbaşa smartfon daxilində mətn formatına çevrilir və üstəlik konfidensiallığın təmin olunması üçün mətnlər şifrələnir. Funksiya hələ bütün beta versiya istifadəçiləri üçün aktiv olmaya bilər. Yaxın günlərdə bunun baş tutacağı gözlənilir.
    Paylaş