![main-post-cover](https://static.technote.az/media/posts/thumbnail/Frame-465-1-1.png)
WhatsApp-ın mənfi özəlliklərindən biri aradan qaldırılıb
Sosial Media
04.02.2025
Emil
WhatsApp istifadəçilərinin ən sevdikləri funksiyalardan biri eyni hesabı bir neçə cihazda istifadə etmək imkanıdır. Bu zaman bütün məlumatlar və funksionallıq qorunur. Lakin bu mövzuda bir məhdudiyyət var idi ki, tərtibatçılar nəhayət onu aradan qaldırıblar. Verilmiş məlumata əsasən, bu yeniliyi WhatsApp-ın Android üçün nəzərdə tutulmuş 2.25.3.7 nömrəli beta versiyasında aşkar edilib. Tezliklə WhatsApp istifadəçiləri bir hesaba bağlı olan cihazlarda "yoxa çıxan" media faylları və mesajlarını görə biləcəklər. Bu isə indiyə qədər mümkün deyildi. Birdən çox cihazda WhatsApp istifadə edənlər üçün bu yenilik çoxdan gözlənilən bir yeniləmə olacaq.
![](https://static.technote.az/media/media/2025/02/04/as6yz2hal8o3volz2vdlbtxggxmpfrtkvrxa.jpg)
Lakin hal-hazırda bu funksiya yalnız məhdud sayda beta-test istifadəçiləri üçün əlçatandır və yaxın günlərdə daha geniş test mərhələsinə keçəcək. Bununla belə, bir WhatsApp hesabına bağlı olan cihazlar üçün hələ də bəzi məhdudiyyətlər qalır. Məsələn real vaxt rejimində cihazın yerləşmə məlumatlarını görmək mümkün deyil. Keçən il WhatsApp istifadəçilərə, o cümlədən masaüstü tətbiqlərində, bir hesaba bağlı cihazlardan “bir dəfə baxıla bilən” media göndərmək imkanını təqdim edərək mühüm bir addım atdı. Bu yeniləmə istifadəçi təcrübəsini yaxşılaşdırdı və cihazlar arasında daha inkişaf etmiş ünsiyyətə imkan verdi.
Lakin bütün bu dəyişikliklərə baxmayaraq, WhatsApp hələ də bir hesaba bağlı cihazlarda “bir dəfə baxıla bilən” şəkilləri, videoları və səsli mesajları açmağa icazə vermirdi. Bu məhdudiyyətin səbəbi tam aydın deyildi. Mümkün izahlardan biri WhatsApp-ın, istifadəçilərin ikinci cihazlarına gələn media faylını birinci cihaz vasitəsilə çəkmələrinin qarşısını almaq istəməsi ola bilər. Bu, gizliliklə bağlı bir qərar kimi görünsə də, əslində müəyyən bir ziddiyyət yaradırdı. Çünki istifadəçi əksini də edə bilərdi – əsas cihazında media faylı açıb, onu ikinci cihaz vasitəsilə çəkə bilərdi, baxmayaraq ki, bu, etik olmayan və funksiyanın məqsədinə zidd bir hərəkət olardı.
Mənbə: Wabetainfo
Paylaş
Bənzər xəbərlər
![iphone-6-plus-da-whatsapp-in-desteyi-bu-ilin-ortasina-kimi-dayandirila-biler](https://static.technote.az/media/posts/thumbnail/GettyImages-1632178785-2bbf98c928b749329959617a646e8bf8.jpeg)
Sosial Media
iPhone 6 Plus-da WhatsApp-ın dəstəyi bu ilin ortasına kimi dayandırıla bilər
Technote.az Wabetainfo saytına istinadən xəbər verir ki, populyar mesajlaşma tətbiqi WhatsApp, bəzi köhnə iPhone modelləri, xüsusən də iPhone 6 Plus üçün dəstəyi 2025-ci ilin ortalarına qədər dayandırmağı planlaşdırır.
![whatsapp-in-ios-versiyasinda-bir-nece-hesabin-istifadesi-funksiyasi-test-edilir](https://static.technote.az/media/posts/thumbnail/avatares-mas-realistas-en-WhatsApp-2.jpeg)
Sosial Media
WhatsApp-ın iOS versiyasında bir neçə hesabın istifadəsi funksiyası test edilir
WhatsApp yaxın zamanda iOS istifadəçilərinə bir cihazda bir neçə istifadəçi hesabından yararlanmaq imkanını verəcək. Belə ki, messencerin iOS üçün nəzərdə tutulmuş beta versiyasının son yenilənməsi istifadəçilərə bu cür imkanı təqdim edir.
![whatsapp-ucun-suni-zeka-esasli-cat-botlarla-unsiyyet-imkani-hazirlanir](https://static.technote.az/media/posts/thumbnail/f5pmjons1m56paa4ocx2r07zdve5wlvd.jpeg)
Sosial Media
WhatsApp üçün süni zəka əsaslı çat-botlarla ünsiyyət imkanı hazırlanır
WhatsApp-ın yeni beta versiyasında maraqlı funksiya ortaya çıxıb. Görünür, yaxın zamanda WhatsApp istifadəçiləri real insanlarla yanaşı üstəlik süni zəka əsaslı çat-botlarla da ünsiyyət qura biləcəklər.
![yaxin-zamanda-whatsapp-statuslarina-mahnilar-elave-etmek-mumkun-olacaq](https://static.technote.az/media/posts/thumbnail/vatsappbnvervaevfd.jpeg)
Sosial Media
Yaxın zamanda WhatsApp statuslarına mahnılar əlavə etmək mümkün olacaq
WhatsApp statuslarla bağlı yeni funksiyanı istifadəyə verməyə hazırlaşır. Söhbət statuslara mahnıların əlavə edilməsi funksiyasından gedir.
![whatsapp-daxilinde-suni-zeka-esasli-cat-botlarin-yaradilmasi-funksiyasi-hazirlanir](https://static.technote.az/media/posts/thumbnail/whatsapp-generic-ios.jpeg)
Sosial Media
WhatsApp daxilində süni zəka əsaslı çat-botların yaradılması funksiyası hazırlanır
WhatsApp tərtibatçıları messencerdə süni zəka əsaslı fərdi çat-botların yaradılması funksiyasını hazırlayırlar.
Ən çox oxunanlar
![Splus.az - Azərbaycanın Əmlak Bazarında Yeni Bir Nəfəs!](https://static.technote.az/media/posts/thumbnail/WhatsApp_Image_2025-01-31_at_11.00.17.jpeg)
Splus.az - Azərbaycanın Əmlak Bazarında Yeni Bir Nəfəs!
![Android-də Dark Theme rejiminin imkanı genişləndirəcək](https://static.technote.az/media/posts/thumbnail/1_ObZQQZJeFB3oOo-hLwpdVQ.jpeg)