
WhatsApp-ın statuslar bölməsinə iki yeni funksiya əlavə olunacaq
Sosial Media
18.04.2024
Farid
WhatsApp-ın statuslar bölməsi üçün yeni funksiyalar hazırlanır. Hazırlanan yeni funksiyalar spamlarla mübarizəyə və istifadəçilərin konfidensiallıqlarının yaxşılaşdırılmasına hədəflənib. WhatsApp-da statusun yenilənməsi istifadəçinin öz kontaktları ilə qarşılıqlı əlaqəsi mövzusunda vacib rol oynayan faktorlardan biridir. İstifadəçilərin messencerdəki status bölməsindən effektiv istifadə etməlkəri üçün isə iki yeni funksiya hazırlanır. Birinci funksiya statusda bu və ya digər kontaktın özəl şəkildə tag olunmasıdır. Bu funksiya sayəsində istifadəçilər öz statuslarında istədikləri şəxsləri digərlərinin xəbəri olmadan tag edə biləcəklər.

Yəni digər şəxslər bu və ya digər statusda tag edilmiş hər hansısa istifadəçini görməyəcəklər. Beləliklə istifadəçilər bu yeni funksiya sayəsində konkret şəxsləri konkret kontentlərə cəlb edə biləcəklər. İkinci funksiya isə müəyyən şəxslərin statuslarına bir növ abunəliyin dayandırılmasıdır. Yəni istifadəçi öz istəyi üzrə hər hansısa şəxsin statuslarını görməyəcək. Bunun sayəsində WhatsApp ola biləcək spamların qarşısını almaq niyyətindədir. Bu yeni funksiyaların yaxın zamanda bütün WhatsApp istifadəçiləri üçün aktiv olacaqları gözlənilir.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
