main-post-cover

    WhatsApp-ın videozəng imkanı üçün 3 yeni funksiya istifadəyə veriləcək

    Sosial Media
    21.06.2024
    Emil Nəcəfov
         WabetaInfo saytının vermiş olduğu məlumata əsasən Meta şirkəti WhatsApp-ın Android üçün nəzərdə tutulmuş 2.24.13.14 nömrəli beta versiyasına 3 yeni funksiyanı əlavə edib. Əlavə edilmiş funksiyalar messencerin videozəng imkanını əhatə edirlər. Beləliklə WhatsApp-ın videozəng imkanına əlavə edilmiş birinci funksiya filtrlərdir. Bu funksiya videozəng zamanı istifadəçi dərisinin teksturunu hamar şəkildə azaltmağa imkan verir. Bunun sayəsində istifadəçi öz görünüşündəki hər hansısa mənfi cəhəti gizlədə bilər.
         Bundan əlavə olaraq filtrlər heç bir radikal dəyişikliklər olmadan xarici görünüşün yaxşılaşdırılması üçün dəri rəngini daha dolğun edə bilərlər. İkinci funksiya videozəng zamanı fonun dəyişilməsidir. Bunun sayəsində istifadəçi müxtəlif fonlardan birini seçərək aktual fonu dəyişə bilər. Bu öz növbəsində videozəng prosesinə xüsusi abu-hava qatacaq. Üçüncü funksiya isə AR effektlərdir. Bu funksiya videozənglərin daha əyləncəli olmasına istiqamətlənib. Bu funksiyaların stabil WhatsApp-da nə zaman istifadəyə veriləcəkləri bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    WhatsApp, yeni videozəng xüsusiyyətlərini təqdim edib!
    whatsapp-yeni-videozeng-xususiyyetlerini-teqdim-edib
    Doğum gününü daxil etməyənlər WhatsApp-dan istifadə edə bilməyəcəklər!
    dogum-gununu-daxil-etmeyenler-whatsapp-dan-istifade-ede-bilmeyecekler
    Elon Musk-ın "WhatsApp təhlükəsiz deyil" iddiasına cavab gəlib!
    elon-musk-in-whatsapp-tehlukesiz-deyil-iddiasina-cavab-gelib
    WhatsApp-da süni zəka vasitəsilə profil fotosu tərtib etmək mümkün olacaq
    whatsapp-da-suni-zeka-vasitesile-profil-fotosu-tertib-etmek-mumkun-olacaq
    Dövlət orqanları WhatsApp-ın gizli boşluğundan istifadə edərək istifadəçiləri izləyirlər
    dovlet-orqanlari-whatsapp-in-gizli-boslugundan-istifade-ederek-istifadecileri-izleyirler