
WhatsApp-ın Windows üçün nativ tətbiqi ləğv ediləcək
Sosial Media
22.07.2025
Emil
Meta şirkəti klassik Windows üçün WhatsApp tətbiqindən imtina edərək veb versiyaya keçməyi planlaşdırır. Bu dəyişiklik tətbiqin görünüşünə, bildirişlərinə və məhsuldarlıq səviyyəsinə təsir edəcək. Messencer Microsoft Edge brauzerinin veb komponentlərindən və Universal Windows Platform (UWP) çərçivəsindən istifadə etməklə işləyəcək. Artıq Windows üçün WhatsApp ayrıca bir tətbiq məhsulu olmayacaq, əvəzində Microsoft Edge WebView2 komponentindən istifadə edən veb tətbiqə çevriləcək.

Bu, yalnız interfeysə deyil, həm də funksionallığa təsir göstərəcək. Xüsusilə, bildirişlər bir qədər fərqli işləyəcək və parametrlər sadələşdiriləcək. Eyni zamanda məlumata görə, beta versiyada WhatsApp kanalları, Status və Communities funksiyaları üçün əlavə imkanlar təqdim olunacaq. Windows Latest nəşrinin məlumatına görə, bu yanaşma tətbiqin dəstəyini sadələşdirəcək, çünki Meta müxtəlif platformalar üçün ayrıca versiyalar hazırlamaq əvəzinə vahid kod bazasından istifadə edə biləcək.
Lakin Windows-da WhatsApp-dan aktiv istifadə edənlər üçün bu dəyişiklik məyusedici ola bilər, çünki veb versiya daha çox RAM yaddaşı sərf edir və Windows 11-lə daha zəif inteqrasiya olunur, bu isə məhsuldarlığın azalmasına səbəb olacaq. Reddit-də istifadəçilər artıq bu qərara görə Meta-nı tənqid etməyə başlayıblar. Qeyd etmək lazımdır ki, əvvəl Meta WhatsApp-ın yerli tətbiqinin üstünlüklərini vurğulayaraq onun yüksək sürətini, etibarlılığını və əlavə funksiyalarını ön plana çəkirdi. Lakin, tətbiqin buraxılmasından cəmi bir neçə il sonra, hansı ki, bu versiya tətbiqi smartfona birbaşa sinxronizasiya etmədən işlətməyə imkan verirdi, Windows-da sadə veb versiya istifadəyə veriləcək.
Paylaş