main-post-cover

    Whatsapp media faylları standart şəkildə HD keyfiyyətdə göndərmək imkanını verəcək

    Sosial Media
    27.02.2024
    Emil Nəcəfov
         Whatsapp media fayllarının yüksək keyfiyyətdə göndərilməsi funksiyasını keçən ilin avqust ayında istifadəyə vermişdi. İlk növbədə messencer fotoların, daha sonra isə videoların HD formatda göndərilməsini mümkün etdi. Lakin messencer media kontentlərin standart şəkildə HD keyfiyyətdə göndərilməsinə şərait yaratmır. Yəni istifadəçi bu və ya digər media faylı yüksək keyfiyyətdə göndərmək istədikdə o, fərdi şəkildə HD düyməsinə klikləməli olur. Yaxın zamanda isə bu vəziyyət yaxşıya doğru dəyişə bilər. Belə ki, Whatsapp-ın yeni beta versiyasındakı “Storage and data” bölməsinə yeni bənd əlavə edilib.
         Söhbət, “Media Upload Quality” adlı bənddən gedir. Bu bəndə klikləyərək istifadəçi messencer üzərindən göndərilən media faylların standart keyfiyyətdə və ya HD keyfiyyətində göndərilməsini seçə bilərlər. HD seçimini seçəndən sonra istifadəçi istənilən vaxt media faylı göndərən zaman fayl standart olaraq HD keyfiyyətdə göndəriləcək. Yəni istifadəçinin daha fərdi şəkildə HD düyməsinə klikləməsinə ehtiyac qalmayacaq. Məlumata əsasən bu yeni funksiya hələ hazırlanma mərhələsindədir və yaxın gələcəkdə istifadəyə verilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Whatsapp üzərindən digər messencerlərin istifadəçiləri ilə mesajlaşmaq olacaq
    whatsapp-uzerinden-diger-messencerlerin-istifadecileri-ile-mesajlasmaq-olacaq
    Whatsapp-da Android-in faydalı funksiyası istifadəyə veriləcək
    whatsapp-da-android-in-faydali-funksiyasi-istifadeye-verilecek
    Whatsapp-dakı kanallar üçün yeni funksiyalar istifadəyə verilib
    whatsapp-daki-kanallar-ucun-yeni-funksiyalar-istifadeye-verilib
    Whatsapp-da qrup çatları üçün yeni funksiya istifadəyə verilib
    whatsapp-da-qrup-catlari-ucun-yeni-funksiya-istifadeye-verilib
    Whatsapp-da avtomatik silinən səsli mesajlar funksiyası istifadəyə verilib
    whatsapp-da-avtomatik-silinen-sesli-mesajlar-funksiyasi-istifadeye-verilib