WhatsApp, Telegram-ın daha bir maraqlı funksiyasını əldə edəcək
Sosial Media
19.09.2024
Emil Nəcəfov
WhatsApp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər. Məlumata əsasən messencer üçün istifadəyə veriləcək növbəti yenilənmə WhatsApp-a Telegram istifadəçilərinə yaxşı tanış olan imkanları gətirəcək. Belə ki, növbəti yenilənmə çərçivəsində WhatsApp-da çatların xarici görünüşlərinin dəyişilməsi imkanı istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, bu yeni imkan messencerin beta versiyasında artıq aktivdir. İstifadəçilər çatların fonlarını müxtəlif divar kağızları ilə bəzəyə və mətnlərin əks olunduqları sahələrin rənglərini dəyişə biləcəklər. Seçiləcək görüntü teması bütün çatlarda əks olunacaq. Lakin istifadəçi öz istəyinə uyğun olaraq hər bir çat üçün görünüşü ayarlaya biləcək. Çatların xarici görünüşlərinin dəyişilməsi imkanının stabil WhatsApp-da nə zaman istifadəyə veriləcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
WhatsApp-dakı statuslarda kontaktları qeyd etmək mümkün olacaq
WhatsApp-dakı statuslarda kontaktları qeyd etmək mümkün olacaq
WhatsApp tərtibatçıları messencer üçün olan yeni funksiyanın testinə start veriblər. Söhbət, messencer daxilindəki statuslarda kontaktların qeyd edilməsi funksiyasından gedir.
Telegram Fransa hökuməti ilə əməkdaşlıq etməyə başlayıb
Telegram Fransa hökuməti ilə əməkdaşlıq etməyə başlayıb
Telegram-ın daha öncə Fransa hökumətinin rəsmi sorğularına cavab verməmiş administrasiyası Pavel Durov-un avqust ayının sonunda Fransa hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra hökumət sorğularına daha operativ cavab verməyə başlayıb.
Pavel Durov azadlığa buraxılandan sonra ilk dəfə baş vermişlər barəsində fikirlərini bölüşüb
Pavel Durov azadlığa buraxılandan sonra ilk dəfə baş vermişlər barəsində fikirlərini bölüşüb
Telegram-ın yaradıcısı Pavel Durov bir neçə müddət bundan öncə azadlığa buraxılandan sonra ilk dəfə messencerdəki fərdi kanalında onunla baş vermiş hadisə ilə bağlı fikirlərini təqdim edib.
Telegram Cənubi Koreya hökumətindən üzr istəyib
Telegram Cənubi Koreya hökumətindən üzr istəyib
Dünən xəbər ortaya çıxdı ki, Cənubi Koreya-da Telegram ilə bağlı istintaqa start verilib.
Cənubi Koreyada Telegram ilə bağlı istintaqa start verilib
Cənubi Koreyada Telegram ilə bağlı istintaqa start verilib
Cənubi Koreya polisi Telegram barəsində istintaqa start verib. Belə ki, messencer koreyalı qadınların iştirakı ilə pornoqrafik məzmunlu deepfake-lərin yayılmasında şübhəli bilinir.
Həftənin xəbərləri
Juno kosmik aparatı Yupiterin yeni fotolarını göndərib
WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib