Logo
    main-post-cover

    WhatsApp üçün süni zəka əsaslı çat-botlarla ünsiyyət imkanı hazırlanır

    Sosial Media
    22.01.2025
    Emil
         WhatsApp-ın yeni beta versiyasında maraqlı funksiya ortaya çıxıb. Görünür, yaxın zamanda WhatsApp istifadəçiləri real insanlarla yanaşı üstəlik süni zəka əsaslı çat-botlarla da ünsiyyət qura biləcəklər. Ortaya çıxmış screenshot fotoya əsasən messencer daxilində Communities qovluğunu AIs adlı yeni qovluq əvəz edəcək. Fotodan da görmək olar ki, Communities qovluğunu əvəz edəcək AIs qovluğu özündə ünsiyyət üçün nəzərdə tutulmuş müxtəlif çat-botları birləşdirəcək. Hər bir çat-botun adının alt hissəsində çat-botun yaradıcısının adı da qeyd edilib. Bu isə istifadəçilərin messencer daxilində öz süni zəka əsaslı çat-botlarını yarada biləcəkləri imkanına işarə edir. WhatsApp-da ünsiyyət xarakterli süni zəka əsaslı çat-botlar funksiyasının nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Paylaş