
WhatsApp videozənglərinə filtrlər və fonun ayarlanması imkanları əlavə edilib
Sosial Media
01.08.2024
Emil
WhatsApp videozənglər üçün nəzərdə tutulmuş yeni funksiyaları istifadəyə verib. Yeni funksiyalar videozənglər çərçivəsində real zamanda filtrlərin və fonun ayarlanmasını əhatə edirlər. Messencer üçün istifadəyə verilmiş yenilik sayəsində istifadəçilər öz videozənglərinə müxtəlif vizual effektləri əlavə edərək onların xarici görünüşlərini dəyişə bilərlər. Filtrlər sehrli çubuq ikonu vasitəsilə aktivləşdirilir və onlar videozəng zamanı əks olunan görüntünün rəng tonunu ayarlamağa və ya görüntüyə digər effektləri əlavə etməyə imkan verirlər.
Fon dəyişiklikləri qismində istifadəçi fonun bulanıq şəkildə görünməsini reallaşdıra, artıq hazır fon görüntülərindən istifadə edə və ya fon görüntüsü qismində öz fotolarını tətbiq edə bilər. Bu funksiyalar istifadəçilərə öz zəngləri üçün professional və ya özəl mühit yaratmaq imkanını verirlər. Videozənglər üçün nəzərdə tutulmuş filtrlər və fonlar messencerin hal-hazırda beta versiyasında aktivdirlər. Lakin yaxın həftələrdə bu funksiyalar bütün WhatsApp istifadəçiləri üçün aktiv olacaqlar.


Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
