Logo
    main-post-cover

    WhatsApp Web səsli və görüntülü zəngləri dəstəkləyəcək

        Technote.az “9to5Google” platformasına istinadən bildirir ki, WhatsApp veb versiyası üçün mühüm yenilik üzərində çalışır. Mesajlaşma platforması artıq brauzer üzərindən səsli və görüntülü zəngləri dəstəkləməyə başlayır. Bu yenilik sayəsində istifadəçilər kompüterə ayrıca proqram yükləmədən, birbaşa WhatsApp Web üzərindən zəng edə biləcəklər.
        İndiyə qədər WhatsApp Web yalnız mesajlaşma üçün istifadə olunurdu. Lakin WABetaInfo-nun məlumatına görə, artıq fərdi çat pəncərələrində “Voice”“Video” düymələri görünməyə başlayıb. Hazırda funksiya test mərhələsindədir və stabil işləməsi üçün təkmilləşdirilir.
        Yeni zəng funksiyası ekran paylaşımı imkanını dəstəkləyir və əvvəlki kimi end-to-end şifrələmə ilə qorunur. Ən maraqlı məqamlardan biri isə odur ki, bu yenilik Linux əməliyyat sistemində də problemsiz işləyir. Qeyd edək ki, Linux üçün rəsmi WhatsApp masaüstü tətbiqi mövcud deyil və bu funksiya həmin istifadəçilər üçün xüsusilə faydalıdır. Funksiyanın bütün istifadəçilər üçün nə vaxt aktiv ediləcəyi hələlik açıqlanmayıb.
    Paylaş