
WhatsAppn Web-də yeni interfeys test edilir
Sosial Media
17.04.2024
Farid
WhatsApp Web-in beta versiyası yeni interfeysi əldə edib. Məşhur messencerin veb versiyasının yeni interfeysinin fotosu artıq ortaya çıxıb. Ortaya çıxmış fotodan da görmək olar ki, WhatsApp tərtibatçıları bu dəfə öz diqqətlərini yan panelə ayırıblar. Belə ki, yeni interfeys çərçivəsində messencerin bütün funksionallığı yan paneldə yığılıb. Bu isə oz növbəsində messencerin imkanları arasında sürətli və rahat keçidi təmin edir. WhatsApp Web-in yeni interfeysinin bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi bilinmir.

Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
