Logo
    main-post-cover

    X “Communities” funksiyasını bağladı

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, X-in “Communities” funksiyasını bağlama qərarı fonunda yeni bir alternativ ortaya çıxıb. “Acorn” adlı layihə yaradıcılar və təşkilatlar üçün öz onlayn icmalarını qurmağa imkan verən açıq və mərkəzsiz platforma kimi təqdim olunub. Yeni sistem Bluesky tərəfindən hazırlanmış AT Protocol texnologiyası əsasında işləyir. Bu isə istifadəçilərə klassik sosial şəbəkələrdən fərqli olaraq daha çox nəzarət, fərdiləşdirmə və müstəqillik imkanı verir.
        Acorn layihəsi Blacksky tərəfindən hazırlanıb. Şirkət əvvəllər də “Black Twitter” icması üçün daha təhlükəsiz və nəzarətli rəqəmsal mühit yaratmaq istiqamətində çalışıb. İndi isə bu alətləri daha geniş auditoriyaya təqdim edir.
        Platforma icma sahiblərinə öz səhifələrini yaratmaq, yeni üzvlər üçün “starter pack” siyahıları hazırlamaq, fərdi feed-lər qurmaq və moderasiya qaydalarını tam şəkildə idarə etmək imkanı verir. Bundan əlavə, istifadəçilərə xüsusi nişanlar və mükafat sistemləri təqdim olunur, bot və trollarla mübarizə üçün alətlər də mövcuddur.
     
    Paylaş