Logo
    main-post-cover

    Yaxın zamanda WhatsApp statuslarına mahnılar əlavə etmək mümkün olacaq

    Sosial Media
    21.01.2025
    Emil
        WhatsApp statuslarla bağlı yeni funksiyanı istifadəyə verməyə hazırlaşır. Söhbət statuslara mahnıların əlavə edilməsi funksiyasından gedir. Sözügedən funksiyası ilk dəfə WhatsApp-ın 2.24.22.11 nömrəli beta versiyasında aşkar edilmişdi. İndi isə o, messencerin Android üçün nəzərdə tutulmuş 2.25.2.5 nömrəli beta versiyasında test edilir. İstifadəçilər statusun redaktəsi səhifəsində mahnı düyməsinə klikləyərək Meta şirkətinin kataloqunda olan çoxlu sayda mahnılardan birini öz statuslarına əlavə edə biləcəklər.
          Funksiyanı test edənlər bildiriblər ki, mahnıların statuslara əlavə edilməsi prosesi çox sadədir. İstifadəçi sadəcə olaraq statusa əlavə ediləcək foto və ya video üçün bu və ya digər mahnının 15 saniyəlik hissəsini seçməli və daha sonra onu statusa əlavə etməli olacaq. Bu cür statusu izləyən digər istifadəçi isə statusda olan mahnının və onun ifaçısının adlarını görə biləcək. Kənar istifadəçi bu halda hətta ifaçının Instagram hesabına da WhatsApp üzərindən keçid edə biləcək. Funksiya hal-hazırda test mərhələsindədir və messencer yaxın zamanda onu bütün istifadəçiləri üçün istifadəyə verməlidir.
    Paylaş
    Bənzər xəbərlər