
Yeni ildən WhatsApp-ın dəstəyi bəzi köhnə Android smartfonlarda dayandırılacaq
Sosial Media
23.12.2024
Emil
Ortaya çıxmış məlumata əsasən 1 yanvar 2025-ci il tarixindən başlayaraq bəzi Android smartfonlarda WhatsApp-ın dəstəyi dayandırılacaq. Söhbət, 10 ildən çox müddət bundan öncə satışa çıxmış Android smartfonlardan gedir. Siyahıda Samsung, Motorola, HTC, LG və Sony şirkətlərinin smartfonları var. WhatsApp-ın sahibi olan Meta şirkətinin bu addımı 2013-cü ildə istifadəyə verilmiş Android KitKat əməliyyat sistemi vasitəsilə çalışan smartfonlara istiqamətlənib. Bu smartfonlar messencerin əsas funksionallığını yerinə yetirmək imkanına sahib olsalar da, onlar WhatsApp-ın yeni funksiyalarını dəstəkləmək üçün lazımi tələblərə sahib deyillər. Beləliklə yeni ildən WhatsApp dəstəyini itirəcək köhnə Android smartfonların siyahısı aşağıdakı kimidir.
- Samsung: Galaxy S3, Galaxy Note 2, Galaxy Ace 3, Galaxy S4 Mini
- Motorola: Motorola G (1-ci nəsil), Motorola Razr HD, Moto E 2014
- HTC: One X, One X+, Desire 500, Desire 601
- LG: Optimus G, Nexus 4, G2 Mini, L90
- Sony: Xperia Z, Xperia SP, Xperia T, Xperia V.
Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
