main-post-cover

    YouTube-un smart televizorlar üçün olan versiyasında yeni növ reklam elanları sərgilənir

    Sosial Media
    12.09.2024
    Emil Nəcəfov
         Google şirkətinin YouTube-da reklam sayının artırılması səyləri yeni mərhələyə yüksəlib. Sözügedən mövzudakı bu dəfəki yenilik YouTube tətbiqinin smart televizorlar üçün nəzərdə tutulmuş versiyasını əhatə edir. Məsələ burasındadır ki, YouTube tətbiqinin smart televizorlar üçün nəzərdə tutulmuş versiyası artıq reklam elanlarını hətta videonun dayandırılmış vəziyyətdə olduğu halda da istifadəçiyə sərgiləyir.
         Bu yeniliyi əhatə edən screenshot fotolar artıq istifadəçilər tərəfindən təqdim edilib. Screenshot fotolara əsasən bu və ya digər video dayandırıldığı halda o, ekranın sol tərəfinə keçid edir və sağ tərəfdə hansısa məhsulun reklamı sərgilənir. Reklam elanının aşağı hissəsində isə iki ədəd düymə mövcud olur. Reklamın aradan qaldırılması düyməsi və reklamda sərgilənən məhsul barəsində ətraflı məlumatın əldə edilməsi düyməsi. İstifadəçilərin sözlərinə əsasən bu yenilik hələ test mərhələsindədir və yalnız məhdud sayda istifadəçini əhatə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Gmail aktiv olmayan hesabları silməyə başlayıb!
    gmail-aktiv-olmayan-hesablari-temizlemeye-baslayib
    Google, Avropa Birliyinin 2.42 milyard avroluq cəriməsindən yan keçə bilmədi
    google-avropa-birliyinin-242-milyard-avroluq-cerimesinden-yan-kece-bilmedi
    YouTube-dan videoya baxaraq cərrahiyyə əməliyyatı keçirən həkim, 15 yaşlı uşağın ölümünə səbəb olub!
    youtube-dan-videoya-baxaraq-cerrahiyye-emeliyyati-keciren-hekim-15-yasli-usagin-olumune-sebeb-olub
    YouTube-dan yeni funksiya: Valideynlər uşaqlarının fəaliyyətinə nəzarət edə biləcəklər!
    youtube-dan-yeni-funksiya-valideynler-usaqlarinin-fealiyyetine-nezaret-ede-bilecekler
    Google Play Market üzərindən eyni anda daha çox tətbiqi yeniləmək və yükləmək mümkün olacaq
    google-play-market-uzerinden-eyni-anda-daha-cox-tetbiqi-yenilemek-ve-yuklemek-mumkun-olacaq