2020-ci ilin yekunlarına əsasən MediaTek şirkəti Qualcomm-u geridə qoyub

2020-ci ilin yekunlarına əsasən MediaTek şirkəti Qualcomm-u geridə qoyub

Startup və Biznes
30.03.2021 PAYLAŞIM

    Omdia adlı müstəqil analitik şirkət 2020-ci ilin yekunlarına əsasən elan edib ki, MediaTek şirkəti ilk dəfə prosessor istehsalı məsələsində öz əsas rəqibi olan Qualcomm-u geridə qoyub. Belə ki, şirkət Çindən olan smartfon istehsalçıları sayəsində öz prosessorlarının istehsalat həcmini yüksəldə bilib. Hesabata əsasən MediaTek keçən il ümumilikdə 351.8 milyon ədəd prosessor istehsal edib. Bu isə 2019-cu ildəki göstəricidən 47.8% (238 milyon prosessor) yüksəkdir. Nəticədə MediaTek-in prosessor bazarındakı payı 17.2%-dən 27.2%-ə yüksəlib. 

    Analitiklərin sözlərinə əsasən bu ilk dəfədir ki, MediaTek il yekunu üzrə Qualcomm-dan daha çox prosessor istehsal edib. 2020-ci ildə MediaTek-in ən böyük müştərisi Xiaomi olub. Belə ki, Xiaomi keçən il MediaTek prosessorlarına sahib 63.7 milyon ədəd smartfon istehsal edib. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2019-cu ildə Xiaomi şirkəti MediaTek prosessorlarına sahib 19.7 milyon ədəd smartfon istehsal etmişdi. MediaTek-in ikinci ən böyük müştərisi isə OPPO şirkəti olub. O, keçən il MediaTek prosessorlarına sahib 55.3 milyon ədəd smartfon istehsal edib.


    Maraqlısı ondadır ki, MediaTek-in böyük müştəriləri siyahısına həmçinin Samsung da daxildir. Keçən il Samsung şirkəti MediaTek prosessorlarına sahib 43.3 milyon ədəd cihaz istehsal edib. Bu isə 2019-cu ildəki göstəricidən 254.5% yüksəkdir. Mütəxəssislərin fikirlərinə əsasən MediaTek prosessorlarına sahib cihazlara olan böyük tələbat ilk öncə onların aşağı qiymətə satılmaları ilə əlaqəlidir. Analitiklərin gözləntilərinə əsasən bu il göstəricilər yüksəlməyə davam edəcək. Buna səbəb isə Huawei Honor brendlərinin sifarişləri olacaqlar. Belə ki, Kirin prosessorlarınn istehsalı sanksiyalar səbəbilə dayandırılıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən böyük smartfon istehsal..

Canalys analitik şirkəti 2021-ci ilin ikinci rübündə smartfon bazarında olmuş vəziyyət barəsində hes..


Fransa hökuməti Google şirkətini 500 milyon avro dəyərində cərimələyib

Fransa hökumətinin antimonopoliya orqanı Google şirkətini 500 milyon avro dəyərində cərimələyib. ..


Joe Biden ABŞ-da İT şirkətlərin monopoliyalarını məhdudlaşdırmaq göstərişini ver..

ABŞ prezidentinin administrasiyası iqtisadiyyatdakı rəqabəti yüksəltməyə təşviq edəcək göstərişi təq..


Google şirkəti tərtibatçılar üçün olan komissiya haqqını yaxın günlərdə 15%-ə en..

Bu ilin mart ayında Google şirkəti söz vermişdi ki, o, tərtibatçılar üçün nəzərdə tutulmuş 30%-lik k..


OnePlus şirkəti OPPO-nun sub-brendinə çevrilib

OnePlus şirkətinin CEO-su Pete Lau keçən həftə elan etmişdi ki, OnePlus şirkəti OPPO ilə daha sıx əm..


Xiaomi şirkəti özünün film studiyasını yaradıb

Xiaomi şirkəti öz məhsullarının geniş müxtəlifliyi ilə məşhurdur.

×