Intel məhkəmə qərarına əsasən 1 milyard dollara yaxın təzminat ödəyəcək: Səbəb nədir?

Intel məhkəmə qərarına əsasən 1 milyard dollara yaxın təzminat ödəyəcək: Səbəb nədir?

Startup və Biznes
18.11.2022 PAYLAŞIM

    Böyük şirkətlər intellektual mülkiyyət hüquqlarının pozulması mövzusunda tez-tez məhkəmə iddiası qaldırırlar. Lakin bəzən şirkətlərin özlərinə də qarşı bu mövzuda məhkəmə iddiaları qaldırılır. Bir neçə müddət bundan öncə Texas ştatı məhkəməsi Intel ilə VLSI adlı az tanınan şirkət arasındakı plagiat mövzusunda olan məhkəmə işində VLSI şirkətini haqlı çıxardıb. Beləliklə məhkəmə qərarına əsasən Intel şirkəti VLSI-ya 1 milyard dollara yaxın təzminat ödəməlidir. VLSI şirkəti Forttress Investment Group adlı holdinqin tərkibinə daxil olan şirkətdir.

    Intel ilə VLSI arasında məhkəmə prosesinin başlamasının əsas səbəbi isə US7247552B2 adlı patentdir. Məlumata əsasən VLSI şirkəti sözügedən patenti vaxtı ikən Niderlandın mikrosxem istehsalçısı olan NXP Semiconductors NV adlı şirkətindən alıb. Bu patent sənədi birləşdirici platformalarda istifadə edilən cərəyan nəticəsində yaranmış qüsurlarla bağlı problemlərin aradan qaldırılması üçün nəzərdə tutulmuş hansısa üsulu təsvir edir.


    VLSI şirkətinin bəyanatına əsasən Intel şirkəti patentləşdirilmiş bu texnologiyanı özünün Skylake Cascade Lake seriyalarına daxil olan prosessorlarında istifadə edib. Sözügedən prosessor seriyalarına daxil olan məhsullar 2015-ci ildən 2019-cu ilə kimi satışa çıxıblar. Intel isə öz növbəsində qeyd edilmiş texnologiyanı Skylake, Cascade Lake və digər məhsullarda istifadə edilmədiyini bildirib. Lakin sonda məhkəmə hakimi VLSI şirkətini haqlı tərəf kimi təyin edib. Nəticədə Intel şirkəti VLSI-ya 949 milyon dollar dəyərində təzminat ödəməlidir.



DAHA ÇOX


TikTok 345 milyon avro dəyərində cərimələnib

İrlandiyanın məlumatların qorunması üzrə komissiyası (DPC) TikTok servisini 345 milyon avro dəyərind..


MediaTek yenidən Qualcomm-u geridə qoyub

Counterpoint Research analitik şirkəti mobil prosessorlar bazarı mövzusunda bu ilin birinci yarısını..


OpenAI şirkəti illik 1 milyard dollar qazanca çatmaq üzrədir

Bloomberg saytının verdiyi məlumata əsasən OpenAI şirkətinin illik qazancı 1 milyard dollara çatır. ..


Google və Meta mühəndislərə ən yüksək maaşı ödəyən İT şirkətlər olublar..

İctimai şirkətlər bütün əməkdaşlarının ortalama illik maaşlarını açıqlamalı olduqları halda konkret ..


Özəl investisiya şirkəti BlackBerry-ni almaq qərarına gəlib

Veritas Capital adlı özəl investisiya şirkəti BlackBerry-nin alınması təklifini edib.


NVIDIA-nın süni zəka çiplərinin satışları iki dəfə artıb

NVIDIA şirkəti rekord göstəricidə satışları barəsində hesabatı təqdim edib.

×