
Intel prosessor bazarının müəyyən payını AMD-dən geri alıb
Startup və Biznes
11.11.2022
Emil
Verilmiş məlumata əsasən Intel şirkəti bu ilin üçüncü rübü üzrə prosessor bazarının müəyyən hissəsini AMD şirkətindən geri ala bilib. AMD-nin prosessor bazarındakı payı isə il ərzində ümumilikdə 32.4%-dən 28.5%-ə düşüb. Faktiki olaraq bu, AMD-nin il ərzində olmuş ən böyük bazar payı itkisidir. Bunun nəyə görə baş verdiyi barəsində tam məlumat verilməsə də, ola bilər ki, bu, AMD-nin bütün il ərzində 2 il bundan öncə satışa çıxmış Ryzen 5000 prosessorunu satması ilə əlaqəlidir.
Intel isə bu ilin üçüncü rübündə yeni nəsil Raptor Lake prosessor seriyasını təqdim etdi. Sözügedən prosessor seriyası Ryzen 5000-ni iki nəsil qabaqlayır. Nəticədə AMD-nin stolüstü prosessorlar bazarındakı payı 17%-dən 13.9%-ə, mobil prosessorlar bazarındakı payı isə 22%-dən 15.7%-ə düşdü. Lakin Intel-ün üstünlüyü serverlər bazarını əhatə etməyib. Bu bazarda AMD şirkəti öz payını genişləndirməyə davam edir. 1 il bundan öncə AMD-nin serverlər bazarındakı payı 10.2% təşkil edirdi. İndi isə bu göstərici 17.5%-dir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
