Logo
    main-post-cover

    ABŞ Federal Ticarət Komissiyası Amazon-a qarşı məhkəmə iddiası qaldırıb

        ABŞ Federal Ticarət komissiyası (FTC) Vaşinqton ştatının qərb dairəsinin məhkəməsinə Amazon şirkəti ilə bağlı müraciət edib. Komissiyanın şirkətə qarşı qaldırmış olduğu məhkəmə iddiasında qeyd edilib ki, şirkət istifadəçilərin xəbərləri olmadan onları Amazon Prime abunəliyinə qoşaraq illərlə onları aldadıb. “Amazon istifadəçiləri avtomatik şəkildə yenilənən Amazon Prime abunəliyinə qoşulmağa məcbur etmək üçün manipulyasiya üsullarından və çaşdırıcı interfeys alətlərindən istifadə edib. Bu üsul ilə şirkət insanları aldadıb və onların da xəbərləri olmadan onları avtomatik şəkildə yenilənən Amazon Prime abunəliyinə qoşulmağa sövq edib. Bu isə öz növbəsində istifadəçilərin məyus olmalarına və onların müəyyən miqdarda vəsait itkiləri yaşamalarına səbəb olub” - deyə FTC-nin məhkəmə iddiasında qeyd edilib. Bununla yanaşı FTC-nın fikrincə şirkət Amazon Prime abunəliyinin dayandırılması prosesini bilərəkdən qəlizləşdirib. FTC-nın hesablamalarına əsasən Amazon Prime abunəliyi şirkətə ildə 25 milyard dollar qazanc gətirir.
    Paylaş
    Bənzər xəbərlər