ABŞ hökuməti Facebook şirkətinə qarşı antimonopoliya ittihamı qaldırmağa hazırlaşır

ABŞ hökuməti Facebook şirkətinə qarşı antimonopoliya ittihamı qaldırmağa hazırlaşır

Startup və Biznes
20.11.2020 PAYLAŞIM

    Federal orqanlar və ABŞ ştatlarının hökumətləri Facebook şirkətinə qarşı antimonopoliya ittihamı qaldırmağa və Instagram ilə Whatsapp-ın alınmasına şərait yaratmış müqavilələrin rədd edilməsinə hazırlaşırlar. Bu barədə The Washington Post xəbər verib. Ştatların baş prokurorları bu məsələ ilə bağlı istintaqlarına 2019-cu ildə start vermişdilər və gələn ayın əvvəlində Facebook-a qarşı məhkəmə iddiası qaldırmağı planlaşdırırlar. Bununla yanaşı ABŞ-ın federal ticarət komissiyasının öz istintaqı da final mərhələdədir. Komissiya öz qərarlarını ştatların liderləri ilə birikdə koordinasiya etməyə çalışır. Bununla yanaşı komissiya və ştatlar iki müxtəlif yerdə iki antimonopoliya iddiası qaldıra bilər.

ABŞ hökumətinin fikrincə Facebook-un Instagram-ı və Whatsapp-ı alması öz növbəsində bazarda antirəqabət vəziyyətini yaradıb.

    İstintaqçılar öz növbələrində Facebook-un Instagram ilə Whatsapp-ı aldıqdan sonra bu servislərin necə dəyişdiklərini, onların təqdim etdikləri xidmətlərin keyfiyyətlərinin pisləşib-pisləşmədiklərini və konfidensiallıq səviyyəsinin necə dəyişdiyini araşdırıblar. Qeyd etmək lazımdır ki, 2014-cü ildə Whatsapp messencerini alan zaman Facebok bildirmişdi ki, o, messencerin müstəqilliyini qoruyacaq və konfidensiallığın lazımi təhlükəsizliyini təmin edəcək. Şirkət bu müqaviləni təsdiqləmiş dövlət orqanlarına belə sözlər vermişdi. Lakin bir neçə ildən sonra Facebook öz istifadəçilərinin məlumatlarını digər fərdi servislərinə inteqrasiya etməyə çalışdı.


Şirkət böyük həcmdə istifadəçi məlumatını idarə edir və kənar tətbiq tərtibatçıları ilə şirkətlərin bu məlumatlardan necə istifadə edəcəklərini tənzimləyir.

    Bu isə öz növbəsində ortaya çıxan rəqib şirkətləri aradan qaldırmağa imkan yaradır. Məlumata əsasən Facebook-a qarşı olacaq məhkəmə iddiaları hələ hazır deyil və proses çərçivəsində ABŞ hökuməti ittihamları dəyişə də bilər. Bununla yanaşı bu məsələ məmurlar tərəfindən Facebook barədə araşdırılan yeganə məsələ deyil. Lakin The Washington Post bu barədə əlavə məlumat verməyib. Bu ilin iyul ayında ABŞ konqressində çıxış edən zaman Mark Zuckerberg bildirmişdi ki, Instagram ilə Whatsapp-ın Facebook tərəfindən alınmaları rəqabət prinsipinə zərər verməyib və əksinə sosial şəbəkələrin keyfiyyətlərini yüksəldib. O həmçinin qeyd etmişdi ki, TikTok kimi sürətli inkişaf edən sosial şəbəkələrin ortaya çıxmaları bazardakı sağlam rəqabətdən xəbər verir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkəti kiçik biznes tərtibatçıları üçün App Store komissiyasını 30%-dən a..

Bir neçə müddət bundan öncə Telegram-ın yaradıcısı Pavel Durov, App Store platformasını sərt şəkildə..


MediaTek şirkəti Intel biznesinin vacib şöbəsini 85 milyon dollara alır: Səbəb n..

Mobil prosessorların istehsalı ilə məşğul olan MediaTek şirkəti Intel-in Enpirion Power Solutions ad..


Rəsmi: Huawei şirkəti özünün Honor brendini satıb

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti özünün Honor brendini ABŞ san..


Qualcomm şirkəti Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasını əldə edib..

Bir neçə müddət bundan öncə təsdiq olunmamış məlumat ortaya çıxmışdı ki, Qualcomm şirkəti Huawei ilə..


İnsayderlər: Məşhur prosessor istehsalçısı Huawei ilə əməkdaşlıq üçün ABŞ-dan ic..

ABŞ hökuməti Huawei şirkətinə qarşı yeni sanksiyalar tətbiq edəndən sonra Huawei öz smartfonlarında ..


Artıq 100-ə yaxın şirkət Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyası əldə edib..

Son həftələrdə ABŞ hökuməti Huawei ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş icazə lisenziyasını daha çox..

×