ABŞ hökuməti Google-dan Chrome brauzeri ilə reklam biznesinin bir hissəsini satmağı tələb edəcək

ABŞ hökuməti Google-dan Chrome brauzeri ilə reklam biznesinin bir hissəsini satmağı tələb edəcək

Startup və Biznes
13.10.2020 PAYLAŞIM

    ABŞ-ın ədliyyə nazirliyi və ştatların general prokurorları Google şirkətindən Chrome brauzerinin və reklam biznesinin bir hissəsinin satılmasını tələb edəcəklər. Bu barədə Politico saytı xəbər verib. ABŞ hökuməti şirkəti antimonopoliya qanunvericiliyini pozduğuna görə məhkəməyə verməyi düşünür. Məhkəmə iddiası 25 oktyabr tarixinə kimi qaldırıla bilər. ABŞ ədliyyə nazirliyi Google şirkətinin rəqiblərindən Google biznesinin hansı hissəsinin satılması üzrə məsləhətlər əldə edib. Sorğularda iştirak etmiş bazar təmsilçilərinin bəziləri Chrome brauzerinin satılmasını məsləhət görüblər.

    Nazirlik həmçinin Chrome vasitəsilə yığılmış məlumatların digər məhsullarda istifadəsini də məhdudlaşdıra bilər. Bununla yanaşı Google şirkətini reklam biznesinin bir hissəsindən məhrum edə bilərlər. Qeyd etmək lazımdır ki, 6 oktyabr tarixində ABŞ konqressindən olan demokratlar Google, Facebook, Amazon Apple şirkətlərinə qarşı olmuş antimonopoliya istintaqının nəticələrini təqdim etmişdilər. Konqressin antimonopoliya hesabatına əsasən ABŞ-da kompüterlər vasitəsilə edilən axtarış sorğularının 81%-i, mobil cihazlar vasitəsilə edilən axtarış sorğularının isə 94%-i məhz Chrome brauzerinin payına düşür.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung-u indiki vəziyyətə gətirmiş şəxs: Samsung rəhbəri Lee Kun-hee 78 yaşında..

Dünən Samsung şirkətinin rəhbəri Lee Kun-hee 78 yaşında vəfat edib. Bu barədə Bloomberg saytı xəbər ..


Apple ilə sıx əməkdaşlıq: Google şirkətinə qarşı olan məhkəmə ittihamının yeni t..

20 oktyabr tarixində ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətinə qarşı məhkəmə iddiası qaldırdı. Nazir..


Hegemonluğa son?: ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətinə qarşı antimonopoliya..

Məhkəmə iddiasında qeyd olunub ki, şirkət axtarış sistemləri ilə rəqəmsal reklam sahələrində hegemon..


Təmiz enerjiyə keçid prosesi: 2030-cu ildən sonra neftə olan tələbat aşağı düşmə..

Beynəlxalq energetika agentliyinin analitiklərinin fikirlərinə əsasən koronavirus pandemiyası yaxın ..


Huawei şirkəti Honor brendinin bir hissəsini satmağı planlaşdırır

Bu ayın əvvəlində məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Huawei şirkəti özünün Honor brendini ..


Huawei şirkəti Çinin ən bahalı şirkəti adına layiq görülüb

Çinin Hurun adlı nüfuzlu nəşriyyatı (ABŞ-dakı Forbes-un analoqu) Çindəki ən güclü elektronika istehs..

×